Accessibility links

Sosial mediadakı xəbərlərdən asılılıq konspirasiya nəzəriyyələrini gücləndirir


Sosial mediadakı xəbərlərdən asılılıq konspirasiya nəzəriyyələrini gücləndirir
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Yeni araşdırma nəticələrinə əsasən, xəbərlərin əksəriyyətini Facebook və YouTube kimi sosial media saytlarından alan insanların pandemiya ilə bağlı konspirasiya nəzəriyyələrinə inanmaq və bağlanma tədbirlərinə riayət etməmək ehtimalları daha yüksək olur.

Britaniyada son həftələrdə onlarla 5G mobil telekommunikasiya şirkətlərinin dirəkləri yandırılıb. Polis deyir ki, bu hücumların çoxuna 5G texnologiyanın koronavirus pandemiyasına səbəb olduğuna dair yanlış xəbərlər səbəb olub.

London Kral Kolleci və Ipsos Mori sorğu şirkətinin apardığı araşdırmanın nəticəsi göstərir ki, bu cür konspirasiya nəzəriyyələrinə inancla xəbərləri çap mətbuatı əvəzinə sosial mediadan, o cümlədən Facebook, YouTube, Twitter və WhatsApp -dan əldə etmək arasında güclü əlaqə var. Koronavirusa inanmayan insanların 56 faizi xəbər mənbələrinin Facebook olduğunu bildirib.

“Biz mümkün koronavirus simptomlarını bilmələrinə rəğmən bayıra çıxan, işə gedən insanların məlumatları sosial mediadan əldə etmək ehtimallarının yüksək olduğunu aşkar etdik,” London Kral Kollecindən Daniel Allinqton bildirir.

Britaniyalı qanunverici Damian Kollins deyir ki, bu həmçinin sağlamlıq riski də törədir. Kollinsin həm də sosial medianın vaksin proqramlarındakı rolu ilə bağlı narahatlıqları var.

“Əgər biz vaksin tapsaq, bu vaksinin təsirinin olması üçün əksər insanlar onu vurdurmağı qəbul etməlidir. Bunun üçünsə insanların vaksinə inamlarının olması mühümdür. Amma əgər insanlar vaksinlə bağlı konspirasiya nəzəriyyələri və yalanlar yayırlarsa və insanları vaksin olmamağa inandırmağa çalışırlarsa, o zaman bu, ictimai sağlamlığa ciddi təhlükə yaradır,” o deyir.

Facebook, YouTube və Twitter şirkətləri bildirir ki, onlar COVID-19-la bağlı qaçılmaz təhlükəyə yaradacaq yanlış məlumatlar yayan yüz minlərlə video və paylaşımları yığışdırıblar. Lakin sosial media nəhəngləri əks reaksiyalarla da qarşılaşıblar.

Starbucks və Coca-Cola daxil olmaqla 150-dən çox şirkət dezinformaisya və nifrət çıxışları ilə bağlı narahatlıqlar səbəbilə Facebook-da reklam almağı dayandırıb.

Sosial media şirkətləri deyir ki, onların dezinformasiyaya qarşı mübarizə aparan güclü sistemləri var. Lakin Allinqton deyir ki, onlar qeyri-şəffafdır.

“Bu sistemlər demokratik öhdəliyi olan qurumlar tərəfindən təftişə açılmalıdırlar,” Allinqton bildirir.

Sosial medianın koronavirus pandemiyası ilə bağlı yanlış məlumatların yayılmasına gətirib çıxardığına dair sübutların bu şirkətlərə dezinformasiyaya qarşı daha sərt mübarizə aparmaları üçün təzyiqləri artıracağı gözlənilir.

The evidence that social media may be amplifying falsehoods about the coronavirus pandemic will likely increase the pressure on such companies to clamp down harder on misinformation.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG