Accessibility links

Dronlar tankları arxaik edibmi? - Amerikalı hərbi tarixçinin təhlili


Azərbaycanın Ermənistanla münaqişədə dronlardan geniş və effektiv istifadəsi dünya boyu hərbi müşahidəçilərdə müharibənin yeni xarakteri haqda təhlillərə yol açıb. Bəziləri yeni erada dronların mütləq üstünlüyünü, digərləri isə ağır texnikanın öz aktuallığını qoruyub saxladığını israr edir.

“Ermənistanla Azərbaycan arasındakı döyüşdə şayiələr mövcuddur. Hər iki tərəf bir-birinə vurduğu ziyanlarla bağlı qeyri-adi rəqəmləri dəstəkləmək üçün müxtəlif şəkil və videolar paylaşır. Bu iddiaları olduğu kimi qəbul etsək, belə bir açıq nəticəyə gəlmək olar: tankların (və digər zirehli maşınların) ömrü qısadır, çünki onlar ucuz dronların dominantlıq etdiyi müasir döyüş meydanında ölüm tələləridir. Bu isə yanlışdır.”

Bunu amerikalı hərbi tarixçi Robert Beytman Foreign Policy jurnalında dərc olunan “Xeyr, Dronlar Tankları Arxaik Etməyib” adlı məqalədə yazır. Həmin yazıda müəllif Dağlıq Qarabağ münaqişəsində tərəflərin bir-birilərinə vurduqları ziyanla bağlı iddiaların şişirtmə olduğu və bu iddiların tankların artıq süquta uğradığına dair bir düşüncəyə səbəb olduğunu söyləyir. Onun sözlərinə görə, doğru olsa, “bu iddialar son dərəcə heyrətamiz olardı.” Lakin Beytman bu düşüncənin yanlış olduğunu söyləyir.

“Tank məhv ola bilər, amma Dağlıq Qarabağdakı döyüşlər tankların yaxın vaxtlarda süquta uğrayacağına dair bir sübut irəli sürmür,” o yazır.

Bayraktar TB2 kimi dronlar hərbi əməliyyatların gedişatına əhəmiyyətli şəkildə təsir göstərib, zirehli texnikanın imkanlarını sual altına alıb.
Bayraktar TB2 kimi dronlar hərbi əməliyyatların gedişatına əhəmiyyətli şəkildə təsir göstərib, zirehli texnikanın imkanlarını sual altına alıb.

Təhlilçinin dediyinə görə, Azərbaycan və Ermənistanın dronlardan istifadə edərək çox sayda mexanikləşdirilmiş sistem məhv etdiklərinə dair iddiaları şişirdilib.

“Azərbaycan tərəfi mətbuat açıqlamasında hazırlkı münaqişənin ilk 10 günü ərzində Ermənistanın təxminən 130 zirehli maşınını, Ermənistan tərəfi isə Azərbaycana aid 137 zirehli maşınını məhv etdiyini bildirib. Lakin hər iki tərəfin münaqişədən öncəki hərbi qüvvələrinin sadə təhlili bu iddiaların şişirdildiyini göstərir. Bu rəqəmlər onların bütün hərbi qüvvələrinin böyük bir hissəsidir. Azərbaycanın son döüyşlərdə əvvəl 500-600 arası tankı var idi. Ermənistan qüvvələri daha kiçik olsa da, onlarda da bir neçə yüz işlək tankı var idi,” müəllif qeyd edir.

Bundan əlavə, müəllif məqalədə internetdə paylaşılan videolarda məsələnin başqa aspektinin olduğunu iddia edir. Bu isə tankların hamısının yüksək texnologiya vasitəsilə vurulmamasıdır. Onun dediyinə görə, həmin videolarda bəzi tankların 100 ildən çox yaşı olan tank əleyhinə torpaq minaları, digərləri isə qeyri-müəyyən sursatlar tərəfindən məhv edildiyi göstərilir.

Robert Beytmanın fikrincə, döyüşlərdəki “dominant güc texnologiya deyil, təlimdir”.

“Dağlıq Qarabağdakı döyüş meydanında da bu çox açıq-aşkardır. Belə görünür ki, heç bir tərəfin hətta ən yüksək texnologiyalı tankın (və ya zirehli döyüş maşınının) onları təlim keçmiş və nizamlı döyüş qüvvəsi idarə etmədən sadəcə metal parçası olduğunu dərk etmir. Yeni parıltılı tanklarla parad keçirmək bir məsələdir, onlardan döyüş meydanında lazımı şəkildə istifadə edə bilmək isə başqa. Biz hər videoda zirehli maşınların sıx qruplar şəklində toplandığını görürük. Onlar döyüşdə olduğu kimi geniş əraziyə yayılaraq hərəkət etmirlər. Bundan əlavə durğun döyüş mövqelərində görünən tankları, demək olar, son saniyələrdə kamuflyaj etmək cəhdi görünmür.

Yeni parıltılı tanklarla parad keçirmək bir məsələdir, onlardan döyüş meydanında lazımı şəkildə istifadə edə bilmək isə başqa.

Dağlıq Qarabağın quru dağları topoqrafiya baxımdan tanklar üçün əlverişli deyil. Orada torpaq qurudur, zirehlər üçün isə sıxıntılıdır. Bu isə piyadasız və ya bizim ‘birləşmiş silah komandası’ adlandırdığımz digər elementlərsiz fəaliyyət göstərən tankları təhlükəyə məruz qoyur. Bu, zirehli maşınların tarixi boyu belə olub. Topoqrafiyanı aşmaq mümkündür, amma bunun üçün özünü həmin ərazidə əməliyyat aparmağa xüsusi şəkildə hazırlayan intizamlı bir qüvvəyə ehtiyac var,” o bildirir.

Beytmanin fikrincə, texnologiya və topoqrafiyanı taktika ilə aşmaq mümkündür. Təhlükə və ya narahatlıq doğuran ərazisini müəyyən etmiş peşəkar hərbi qüvvə topoqrafiyaya və ya üzləşə biləcəyini düşündüyü təhlükələrə uyğuna cavab taktikaları inkişaf etdirir. Onlar üzləşə biləcəkləri məhdudiyyətləri (gizlənməyin mümkün olmadığı açıq ərazilər kimi) aradan qaldırmaq və ya potensial üstünlüklərindən istifadə etmək üçün qüvvələrinə təlim keçirlər və onları buna görə təchiz edirlər.

“Amma həm Ermənistan həm Azərbaycanın yaydığı demək olar hər bir videoda rəqib qüvvələr həvəskar kimi davranırlar – onlar bir araya toplanıblar, birləşmiş silah taktikalarından istifadə etmirlər və özlərini havadan hücum təhlükəsinə açıq buraxırlar. Hava müdafiə artilleriyası, xüsusilə də özünə aid əhəmiyətli hava qüvvəsi olmayan quru qüvvənin birləşmiş silah komandasının mühüm bir hissəsidir.

ABŞ Prezdienti Franklin D. Ruzvelt bir dəfə nasistlərin müdafiə sistemini şərh edərkən “Hitler Avropanın ətrafında qala qurdu, amma onun üzərinə tavan qoymağı unutdu” demişdi. Onun bu sözləri bu münaqişə üçün də aktual ola bilər. Bu münaqişədə istifadə olunan dronlar tam olaraq gizli təyyarələr və ya 15,000 min metr hündürlükdən sursat ata bilən dronlar deyil. Onlar doğru avadanlıq və təlimlə olduqca asan bir şəkildə vurula bilər,” Beytman yazır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG