Accessibility links

Entoni Blinken ABŞ-ın yeni dövlət katibidir


Entoni Blinken ABŞ-ın yeni dövlət katibidir
please wait

No media source currently available

0:00 0:03:23 0:00

ABŞ Senatı Prezident Co Baydenin namizədi Entoni Blinkenin çərşənbə axşamı ABŞ Dövlət Departamentinə rəhbərliyini təsdiqlədi. Blinken ölkənin ali diplomatı olaraq dünya boyu çoxsaylı problemlərlə üzləşir.

ABŞ Senatı çərşənbə axşamı Prezident Co Baydenin namizədini iki partiyalı 78-in 22-ə səs çoxluğu ilə təsdiqlədikdən sonra Entoni Blinken indi hökumətin 71-ci dövlət katibi olur.

Bir çox Demokrat tərəfindən Blinkenin təyinatı Tramp administrasiyasının “Əvvəlcə Amerika” xarici siyasətinin istiqamətindəki dəyişiklik kimi qarşılandı.

"Cənab Blinken Amerikanın milli təhlükəsizlik səlahiyyətlərini dünya miqyasında bərpa etmək və təsdiqləmək, həmçinin Amerika qüdrətinin ilk aləti olan diplomatiyanı bərpa etmək üçün doğru insandır” deyə, Senatda əksəriyyətin lideri Çak Şumer bildirib.

Blinken həm Kapitolidə, həm də Obama administrasiyasında dövlət katibinin müavini kimi xarici siyasət sahəsində çoxillik təcrübəyə malikdir. Bəzi Respublikaçılar bu təcrübənin ABŞ xarici siyasətindəki status-kvonu qoruyacağını iddia edir.

"Cənab Blinken 20 il ərzində Yaxın Şərqə hərbi müdaxilənin tərəfdarı olub. Yeni siyasət ortaya qoyacağımızı düşünsək, özümüzü aldadırıq - eyni şeydən daha çoxunu əldə edəcəyik” - deyə, Respublikaçı Senator Rand Pol qeyd edib.

Digər Respublikaçı senatorlar yeni rəhbərliyin İranın nüvə razılaşmasına yanaşmasına qarşı çıxsa da, onun namizədliyini dəstəklədilər.

“JCPOA böyük uğursuzluq və Amerikanın xaricdəki siyasəti üçün böyük yanlışlıq idi. Cənab Blinkenlə söhbətdə o, bu fikri bölüşmür. Və açıq-aydın bizi JCPOA-ya qaytarmaq üçün prezidentlə çalışacaq - prezidentin fikrini dəstəkləyəcək” - deyə, Respublikaçı Senator Cim Riş bildirib.

Blinken ötən həftə təsdiqləmə iclasında senatorlara ABŞ-ın Çin ilə münasibətlərinin ən çox narahat edən məsələ olduğunu bildirmişdi.

“Biz Çinlə danışıqlara güc mövqeyindən yaxınlaşaraq başlamalıyıq. Zəifliklə deyil. Və yaxşı xəbər budur ki, bunu etmək qabiliyyətimiz böyük ölçüdə bizim nəzarətimizdə, çalışarkən müttəfiqlərimizi ləkələməməkdədir. Bu, Çinlə münasibətlərdə bizim üçün güc mənbəyidir” - deyə, yeni Dövlət Katibi Entoni Blinken bildirib.

Siyasi şərhçilər Blinkenin qarışıq bir dövrdən sonra ABŞ Dövlət Departamentini yenidən bərpası da onun qarşısında duran vəzifələrdən olduğunu deyir.

“Dörd illik Pompeo, Tillerson və Trampın 4 illik hakimiyyətindən sonra əhval-ruhiyyə olduqca aşağıdır və bu, köhnə problemdir. Amma düşünürəm ki, diplomatik korpusdakıların çoxu hesab edir ki, onlar Pentaqon və ABŞ hərbçilərinin hökmranlıq baxımından arxa plana keçən ABŞ xarici siyasəti və dünyaya yanaşmanı qaytara bilər” - deyə, Amerika Tərəqqi Mərkəzindən Brayn Katulis qeyd edib.

Blinken nisbətən qarşıdurma yaşanmayan təsdiqləmə müddətindən sonra bu vəzifəni üzərinə götürür.

"O, düşüncəli, istəkli və ölkəmizin üzləşdiyi ən mürəkkəb problemlərlə mübarizə aparmağa qadirdir və Konqresin iştirakına sadiqdir və bunu hər iki tərəfdə etdi" deyə, Demokrat Senator Bob Menendez vurğulayıb.

Blinken son bir həftə ərzində təsdiqlənən Bayden kabinetinin dördüncü namizədidir.

XS
SM
MD
LG