Accessibility links

İranın yüksək səviyyəli diplomatının sızdırılan səs yazısı qalmaqala səbəb olub


İranın xarici işlər nazirinin diplomatiya və İslam Respublikası daxilindəki gücünü açıq şəkildə qiymətləndirdiyi bir səs yazısı sızıb. Bu, ölkənin daxilindəki teokratiyadan xəbədar olmağa imkan verir..

Məhəmməd Cavad Zərifin şərhlərinin ictimaiyyətə açıqlanması İranda qalmaqala səbəb olub. Ali ruhani rəhbər tərəfindən idarə olunan qüdrətli yarı-hərbi İnqilab Qvardiyası daxil olmaqla, rəsmilər qəddar siyasi mühitdə sözlərini ehtuyatla seçir.

Zərifin iyunun 18-də keçiriləcək prezident seçkilərinə namizədliyinin irəli sürüldüyü deyilir.

Zərifin şərhləri yalnız ölkə daxilində deyil, Tehranla ABŞ-ın İranın dünya gücləri ilə 2015-ci ildə Vyanada imzaladığı nüvə razılaşmasına dair danışıqlara da təsir edə bilər.

İranın Natanz nüvə obyektinə qarşı təxribat artıq danışıqllara təsirini göstərib. Belə ki, Tehran uran zəngilləşdirilməsini 60%-ə qaldıraraq silah hazırlanması səviyyəsinə yaxınlaşıb.

Şərhlər ictimailəşdikdən sonra İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə səs yazısının həqiqiliyi barədə heç deməyib.

Bazar ertəsi jurnalistlərə verdiyi açıqlamasında səs yazısnın ictimialəşdirilməsinin qanunsuz olduğunu və yazının bəzi hissələrinin redaktə edildiyini deyib.

Lakin rəsmilər səs yazınının necə yayıldığına dair şərh verməyib.

İraqda Qətərə gedən Zərif jurnalistlərin suallarını cavablandırmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG