ABŞ gələn ilin iyun ayına qədər ehtiyacı olan 92 ölkəyə 500 milyon koronavirus peyvəndi dozası bağışlayacağına söz verib. Mütəxəssislər Rusiyanın Qərb peyvəndlərini gözdən salmağa və öz Sputnik V peyvəndini aqressiv şəkildə satmağa çalışdığını deyir.
ABŞ-ın Ərzaq və Dərman İdarəsi 2020-ci ilin dekabrında COVID-19-la mübarizə məqsədi ilə Pfizer peyvəndinin istifadəsini təsdiqlədiyi vaxt Rusiya peyvəndin təhlükəli, hətta ölümcül olduğuna dair dezinformasiya kampaniyasını artıq başlatmışdı.
Rus KİV-ləri və onlayn yayımları Pfizer aldıqdan sonra ölənlər və ya həm Pfizer, həm də Moderna peyvəndlərinin qan laxtalanmasına səbəb olduğu barədə əsassız iddialar yaymışdı.
Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın bu yalan iddialarının Qərbin istehsal etdiyi vaksinlərə inamı azaltmaq üçün yayıldığını bildirir.
“Infodemiya pandemiya qədər böyük bir problemdir. Infodemiya həqiqətən də dünyada virusun özündən daha tez yayılan bu məlumatdır” - deyə, ÜST-ün sözçüsü, doktor Marqaret Harris bildirib.
Ancaq Rusiya dezinformasiya kampaniyasında tək deyil.
Avropa Xarici Fəaliyyət Xidməti son hesabatında Kreml tərəfdarı media qurumları və Çinin Avropa və ABŞ vaksinlərinə inamı sarsıtmağa çalışdığını bildirib. ABŞ rəsmiləri dezinformasiya dalğasına qarşı mübarizə üçün əllərindən gələni etdiklərini deyir.
“Buna qarşı hökumətlərindən vətəndaş cəmiyyəti təşkilatlarına qədər müxtəlif tərəfdaşlarla işləyirik, Düşünürəm ki, xüsusilə də insanların peyvənd vurulmasının inanılmaz dərəcədə vacib olduğu qlobal pandemiya şəraitində həqiqət üçün bir aclıq var. Şükürlər olsun ki, insanların peyvənd əldə etməsini təmin edən təşkilatların sayı artmaqdadır”, Dövlət Departamentinin Qlobal Əməkdaşlıq Mərkəzindən Daniel Kimmaq deyib.
Bütün bu dezinformasiyalar pandemiya ilə mübarizəni daha da çətinləşdirir. Peyvəndlərə inamsızlıq Rusiyaya da zərər verir.
Ekspertlər rusların özləri arasında da ölkənin Sputnik V vaksininə inamsızlıq yaratdığını deyir.