Amerikalılar mağazalar və yanacaqdoldurma mətəqələrində yüksək qiymətlərlə üzləşdikcə, Prezident Co Bayden strateji ehtiyatları açmaqla yanacaq qiymətlərini aşağı salmaq və istehlakçıların yükünü başqa yollarla yüngülləşdirmək üçün mühüm addımlar atdığını deyir.
Alış-veriş, sürücülük və Şükran günü alma piroqu qədər amerikalılar üçün çox mühamdür və Prezident Co Bayden bunu bilir.
Washington Post-ABC-nin son sorğusuna görə, rekord sayda amerikalı - 55% - Baydenin iqtisadiyyatı idarə etməsindən razı deyil, çünki bəzi ştatlar bayram mövsümü ərəfəsində rekord yanacaq qiymətləri və inflyasiya ilə üzləşib.
Bayden ölkənin strateji ehtiyatına 50 milyon barel neftin istifadəyə verilməsinə görtəriş verib.
Onun sözlərinə görə, Hindistan, Böyük Britaniya və Çin də daxil olmaqla, digər böyük enerji istehlakçıları da eyni addımı atmağı planlaşdırır.
"Son bir neçə həftə ərzində mən xarici liderlərlə, siyasətçilərlə zənglər və görüşlər üzərində çox çalışmışam. Bugünkü qlobal elan üçün tikinti bloklarını bir araya gətirmək üçün çox çalışmışam. Bizim birləşmiş səylərimiz bir gecədə yüksək yanacaq qiymətləri problemini həll etməyəcək. Bu, fərq yaradacaq. Vaxt alacaq, amma çox keçmədən siz çəninizi doldurduğunuz yerdə benzinin qiymətinin aşağı düşdüyünü görəcəksiniz. Daha uzun müddətdə təmiz enerjiyə keçdiyimiz zaman neftdən asılılığımızı azaldacağıq” - deyə, Bayden bildirib.
Lakin bu, yetərli olacaqmı?
“Burada aydın şəkildə iki şey nəzərdə tutulub. Bunlardan biri amerikalıları düşünməyə vadar etməkdir ki, prezidentin işi var, qazın qiymətini aşağı salmağa çalışır. İkincisi, Çin də daxil olmaqla, müttəfiqlərimizlə birgə OPEC-ə siqnal göndərir ki, biz buna ciddi yanaşırıq, əgər hasilatı artırmasanız, ehtiyatları buraxacağıq”, Brukinq İnstitutundan Devid Vessel bildirib.
Bayden bu həftə də istehlakçı inamını artırmaq üçün pandemiya zamanı faiz dərəcələrini aşağı saxlayan Federal Ehtiyatlar Sisteminin sədri Cerom Paueli yenidən bu vəzifəyə təyin edib. Hazırda administrasiya malları rəflərdə saxlayan tədarük zənciri problemlərini həll etməyə çalışır.
Administrasiya 1,75 trilyon dollarlıq sosial xərclər və iqlim qanun layihəsini irəli sürüb. Bu qanun Senatdan keçsə, Amerika iqtisadiyyatının dəyişdirməsinə yardım edəcək. Çərşənbə axşamı Bayden qeyd edib ki, dünyanın ən böyük iqtisadiyyatı pandemiyadan gözləniləndən daha yaxşı çıxıb.
"Fakt budur ki, Amerikanın fəxr edəcəyi çox şey var. Biz dünyada ən güclü iqtisadi bərpanı yaşayırıq, hətta inflyasiyanın hesablanmasından sonra belə iqtisadiyyatımız daha böyükdür və ailələrimizin ciblərində əvvəlkindən daha çox pul var. Amerika dünyada bunu deyə bilən yeganə böyük iqtisadiyyatdır" , Bayden qeyd edib.
Lakin iqtisadçıların fikrincə, ABŞ iqtisadiyyatı hətta sadə tələbat və təklif qüvvələrinə uyğun gəlmir. Bunu düzəltmək üçün daha çox iş tələb oluna bilər.
“Federal Ehtiyat faiz dərəcələri çox aşağı səviyyədə olan böyük miqdarda istiqrazlar almaqdaa davam edir. Hökumət eyni zamanda sülh dövründə ən böyük büdcə stimul paketinə sahib olub. Beləliklə, bu kombinasiyaya malik olduqda və sonradan qlobal təchizat zəncirinin tədarüklə bağlı yaratdığı problemlərlə üzləşdiyiniz zaman çox az ehtiyata malik olduğunuz halda tələbat artır. Bu isə qiymətlərin artımını icbari edir” - deyə, Amerikanın Sahibkarlıq İnstitutundan Dezmond Laçman bildirib.
Beləliklə, bu bayram mövsümündə ABŞ istehlakçı məhdudiyyətlərindən qorunacaqmı? Bayden buna ümid edir.