Accessibility links

ABŞ Demokratiya Sammitini “təvazökarlıq və inama”la keçirir


ABŞ Demokratiya Sammitini “təvazökarlıq və inama”la keçirir
please wait

No media source currently available

0:00 0:03:22 0:00

ABŞ Demokratiya Sammitini “təvazökarlıq və inama”la keçirir

Birləşmiş Ştatlar cümə axşamı günü demokratiya dəstək virtual sammitə başlayıb. 100-dən çox dünya lideri, vətəndaş cəmiyyəti fəalları və jurnalistlərin iştirak etdiyi bu tədbir indiyə qədər keçirilən ən böyük toplantıdır. Dövlət Departamenti deyir ki, Amerika demokratiyaya qarşı qlobal hücuma “təvazökarlıq və inamla” yanaşır.

Yanvarın 6-da Donald Trampın seçki məğlubiyyətini ləğv etmək istəyən tərəfdarlarının ABŞ Kapitoli binasını saatlarla zəbt etməsi Bayden də daxil olmaqla, dünyada bir çoxlarını sarsıtmışdı.

ABŞ Dövlət katibinin Mülki Təhlükəsizlik, Demokratiya və İnsan Haqları üzrə müşaviri Uzra Zeya deyir ki, Kapitoliyə hücum Baydeni demokratiya üçün böyük bir sammitə ev sahibliyi etməyə sövq edib.

"Biz bu həftəyə həm təvazökarlıqla, həm də inamla yanaşırıq. Dinləmək, öyrənmək və çatışmazlıqlarımızdan çəkinməməyimizdə təvazökarlıq; daha mükəmməl birlik üçün daim səy göstərdiyimizə inam və demokratiyaların birlikdə işləyə biləcəyinə əminlik. Avtokratların və onların satmağa çalışdıqları xam sövdələşmədən asılı olmayaraq, dünya vətəndaşlarına bunu çatdıracağıq."

Yaxın Şərq İnstitutundan Brayan Katulisin fikrincə, 6 yanvar üsyanı öz izini buraxaraq, digər ölkələrin dünya səhnəsində davranışlarına təsir edir.

“Ölkələrdən, dostlardan, rəqiblərdən daha çox belə bir mövqe eşitdim ki, onların bir çoxu Birləşmiş Ştatlardan sığortalanmaq istəyir, yəni onlar qismən də dünyanın dəyişdiyini gördükləri üçün bir olmayacaqlar. Lakin daha sonra onlar Birləşmiş Ştatlarda dəyişkənlikdən son dərəcədə narahat olurlar, yəni bilirsiniz ki, onlar hər şeyin prezident Obamadan prezident Trampa doğru dəyişdiyini gördülər və indi prezident Baydenin dövründə fərqli istiqamətə doğru dəyişlik görürlər.“

Dünyanın demokratiyaları ilə avtoritar hökumətlər arasındakı mübarizə Myanma, Haiti, Sudan və bir çox başqa yerlərdəki böhranlar Bayden administrasiyasının xarici siyasətinin mərkəzi olub.

Rusiya və Çin kimi ölkələrin avtoritar liderləri sammitə dəvət edilməyib. Rusiya və Çin sammiti antidemokratik və bölücü kimi tənqid edib.

Keniyaya bu yaxınlarda səfər edən Dövlət katibi Antoni Blinken Afrika qitəsində və bütün dünyada demokratiyanın tənəzzülünü narahatedici faktor adlandırıb.

“Demokratiya geriləyir. Demokratiya daxildən və xaricdən müxtəlif yollarla sınanır. Biz vətəndaşların demokratiyaya inamının azaldığını görürük. Biz yararsız oyunçuların demokratiyalar daxilində mövcud olan bəzi fikir ayrılıqlarını ortaya qoyduğunu görürük; müstəqil institutlar, jurnalistlər, hüquq müdafiəçiləri təhdislənir, hücuma məruz qalır”.

Bayden sammiti demokratiyanın təşviqi, korrupsiya və ekstremizmlə mübarizə, bütün dünyada həbs edilmiş və təhdid altında olan jurnalistləri və insan haqları fəallarını müdafiəsinin fəaliyyət ilinin başlanğıcı hesab edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG