Accessibility links

İslam Dövləti qrupunun militantları İraqda 11 əsgəri qətlə yetirib


İraqda qızıl dükanı qarət olundu
İraqda qızıl dükanı qarət olundu

İraq təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, ekstremist İslam Dövləti qruplaşmasının üzvləri cümə günü gecə Bağdadın şimalındakı dağlıq ərazidə ordu kazarmalarına hücum edərək, 11 əsgəri yatarkən qətlə yetirib.

Rəsmilər hücumun Diyala vilayətində, Baqobanın şimalındakı Əl-Əzim rayonunda baş verdiyini bildirib. Hücumun detalları açıqlanmayıb. Lakin iki məmur Associated Press xəbər agentliyinə bildirib ki, İslam Dövləti qruplaşmasının militantları yerli vaxtla gecə saat 3-də kazarmalara hücum edərək, əsgərləri güllələyib.

Rəsmi açıqlama vermək səlahiyyəti olmadığı üçün məlumatı verən şəxslər adlarının açıqlanmasını istəməyib.

Paytaxt Bağdaddan 120 kilometrdən şimalda edilən hücum son aylarda İraq hərbçilərini hədəf alan ən qanlı hücumlardan biri olub.

İslam Dövləti qruplaşması 2017-ci ildə ölkədə böyük məğlubiyyətə uğrasa da, o, bir çox bölgələrdə fəaliyyətini məxfi hücrə sistemi vasitəsilə davam etdirir. Sünni müsəlman ekstremist qrupunun yaraqlıları hələ də əməliyyatlar aparır, tez-tez təhlükəsizlik qüvvələrini, elektrik stansiyalarını və digər infrastruktur obyektlərini hədəf alır.

Oktyabr ayında pulemyotlarla silahlanmış İslam Dövləti militantları Diyala vilayətinin əsasən şiələrdən ibarət kəndinə hücum edərək, 11 mülki vətəndaşı öldürüb, bir neçə nəfəri yaralayıb. Rəsmilər bu hücumun militantların kənd sakinlərini qaçırmasından və fidyə tələblərinin yerinə yetirilməməsindən sonra baş verdiyini bildirib.

Rəsmilər cümə günü hücumun baş verdiyi kəndə əlavə ordu göndərildiyini və ətraf ərazilərə təhlükəsizlik qüvvələrinin yerləşdirildiyini bildirib. Ətraflı təfərrüatlar açıqlanmayıb və İraq hərbçiləri şərh verməyib.

XS
SM
MD
LG