Accessibility links

NATO Şərqi Avropaya əlavə qüvvə yerləşdirir


NATO bildirib ki, onun üzvləri Rusiyanın Ukrayna ilə sərhəddə hərbi güclənməsinə cavab olaraq Şərqi Avropaya daha çox gəmi və döyüş təyyarələri göndərir.

NATO-nun bəyanatında Danimarka, İspaniya, Fransa, Hollandiya və ABŞ da daxil olmaqla, bir çox ölkədən əlavə qoşun və texnikanın göndərilməsi ilə bağlı elan edilmiş yerləşdirmələr və ya mülahizələr qeyd edilib.

NATO-nun baş katibi Yens Stoltenberq deyib: “NATO bütün müttəfiqlərini qorumaq və müdafiə etmək üçün bütün lazımi tədbirləri görməkdə davam edəcək, o cümlədən alyansın şərq hissəsini gücləndirəcək”.

“Biz həmişə təhlükəsizlik mühitimizin istənilən pisləşməsinə, o cümlədən kollektiv müdafiəmizi gücləndirməklə cavab verəcəyik”- deyə, baş katib əlavə edib.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ və onun NATO müttəfiqlərini gərginliyi artırmaqda ittiham edib.

Birləşmiş Ştatlar və Britaniya da Rusiyanın hərbi əməliyyatları potensialını əsas gətirərək Kyivdəki səfirlik əməkdaşlarına və ailə üzvlərinə Ukraynanı tərk etmək əmri verib.

Ukraynanın Xarici İşlər Nazirliyi ABŞ-ın bu addımına narazılığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG