Accessibility links

Beynəlxalq Qızıl Xaç Komitəsi: Qış Dağlıq Qarabağ münaqişəsində itkin düşən insanların ailələrinin iztirablarını artırır


Beynəlxalq Qızıl Xaç Təşkilatının məlumatına görə, 2020-ci ildə baş verən Dağlıq Qarabağ müharibəsi nəticəsində hələ də 300 nəfər itkindir. 2020-ci ilin noyabr ayında atəşkəs imzalanandan bəri 1700 insanın qalıqları tapılıb və onları müəyyən etmək və ailələrinə təhvil vermək prosesi başlayıb.

Komitə insan qalıqlarını tapmaq üçün Rusiya sülhməramlıları ilə birlikdə 360 əməliyyat aparıb, eyni zamanda yerli axtarış komandalarına dəstək verib.

“Heç nə onların sevdiyi insanları geri gətirə bilməz, amma yüzlərlə insana nəyin baş verdiyini bilmək şansı vermək inanılmaz dərəcədə vacibdir. Şərtlər hər daim son dərəcə təhlükəlidir, çünki ərazi minalar və partlamamış hərbi sursatlarla doludur, bundan əlavə isə qışda görmə qabiliyyəti demək olar ki, sıfıra enir,” Beynəlxalq Qızıl Xaş Komitəsininin minalar, müharibənin partlayıcı qalıqları, ehtiyatlar və atıcı silahlar üzrə regional mütəxəssislərinin başçısı Kristofer Pul bildirib.

O deyib ki, “axtarış komandaları qalıqları tapmaq üçün ölümcül təhlükələrlə üzləşirlər. Məsələ təkcə ölülərlə ləyaqətlə rəftar etməkdə deyil, həm də bunu təhlükəsiz şəkildə etməkdədir. Bizim komandamız bunu edən yerli mütəxəssislərə dəstək verir.”

Təşkilat bildirir ki, axtarış əməliyyatları tez-tez müxtəlif səbəblərdən dayandırılır və bu əməliyyatlar Beynəlxalq Qırzıl Xaç Komitəsinin 1992-ci ildən bəri regionda neytral vasitəçi kimi işləmək rolunun bir hissəsidir.

Təşkilatın məlumatına görə, 2020-ci ildə itkin düşən yüzlərlə insandan əlavə 1990-cı illərdə başlayan münaqişədən bəri 4500 insan hələ də itkindir.

“İnsanlar itkin düşür və ailələrinin onların başına nələrin gəldiyini bilməməsi münaqişənin ən ağrılı və tez-tez gözdən qaçan nəticələrindən biridir. Bu gün Avropa boyu minlərlə insan bu ağrı ilə yaşayır. Dağlıq Qarabağ münaqişəsindən əlavə, Ukraynada səkkiz ilə yaxın davam edən münaqişə nəticəsində yüzlərlə, Balkanlarda da 10 000-dən çox insan itkin düşüb,” komitəsinin Avropa və Orta Asiya regionu üzrə direktoru Martin Şuepp bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsi hazırda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda olan yeganə böyük humanitar təşkilatdır. Neytral, müstəqil və tərəfsiz olan bu təşkilatın mandatı 1949-cu il Cenevrə Konvensiyasından qaynaqlanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG