Accessibility links

Britaniya Ukrayna böhranı fonunda NATO-nun qoşun yerləşdirməsini nəzərdən keçirir


Britaniya hökuməti şənbə günü bildirib ki, Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasına cavab olaraq Avropanın sərhədlərini gücləndirmək planının bir hissəsi kimi NATO-nun qüvvə yerləşdirməsini nəzərdən keçirir.

Britaniya Rusiyanın Ukraynaya istənilən müdaxiləsinin tez bir zamanda sanksiyalarla qarşılanacağını və hər iki tərəf üçün dağıdıcı olacağını bildirib.

Baş nazir Boris Conson gələn həftə bölgəyə səfər edəcək və Vladimir Putinlə telefonla danışacaq.

Conson NATO-nun Şimali və Baltikyanı ölkələrin müdafiə paktının üzvlərinə mümkün olan ən böyük təklifi nəzərdən keçirir. Bu, qoşunların sayını ikiqat artırılması və Estoniyaya müdafiə silahları göndərilməsini nəzərdə tutur.

"Bu paket Kremlə aydın mesaj verəcəkdir, biz onların sabitliyi pozan fəaliyyətinə dözməyəcəyik və Rusiyanın düşmənçiliyi qarşısında həmişə NATO müttəfiqlərimizin yanında olacağıq" - deyə, Conson bildirib.

"Mən NATO müttəfiqlərimizi dəstəkləyə biləcəyimizi təmin edərək, Silahlı Qüvvələrimizə gələn həftə Avropada yerləşdirilməyə hazırlaşmağı əmr etdim" , Conson əlavə edib.

Rəsmilər təklifin təfərrüatlarını gələn həftə Brüsseldə yekunlaşdıracaq, nazirlər bazar ertəsi hərbi variantları müzakirə edəcəklər.

Conson ofisi bildirib ki, kifayət qədər iş görmədiyinə görə tənqidlərlə üzləşdikdən sonra diplomatik səyləri gücləndirən Conson gələn ayın əvvəlində NATO həmkarları ilə görüşmək üçün ikinci dəfə səfər edəcək.

Böyük Britaniyanın xarici işlər və müdafiə nazirləri də münasibətləri yaxşılaşdırmaq və gərginliyi azaltmaq məqsədi ilə yaxın günlərdə rusiyalı həmkarları ilə danışıqlar üçün Moskvaya gedəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG