Accessibility links

Pakistanda keşiş öldürülüb


Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində naməlum silahlı şəxslər bir xristian keşişini güllələyib, bir nəfəri isə yaralayıb.

Polis və azlıq icmasının yerli liderləri bildiriblər ki, qurbanlar bazar günü ayinindən sonra şəhər kilsəsini tərk edərkən motosiklet sürən iki nəfər onları pusquya alıb və keşişlərin maşınına atəş açıb.

Polis öldürülən keşişin 75 yaşlı Villiam Sirac olduğunu müəyyən edib.

Həkimlər yaralı keşiş Patrik Naemin Peşəvər xəstəxanasında müalicə olunduğunu və vəziyyətinin stabil olduğunu bildiriblər.

Heç kim hücumun məsuliyyəti üzərinə götürməyib.

Polis rəsmiləri hücum edənlərin tapılması üçün əməliyyat aparıldığını bildirib.

Xristian liderlər hücumu pisləyiblər.

Pakistan Kilsəsinnin yepiskopu Azad Marşal tvitində "Biz Pakistan hökumətindən ədalət və xristianların müdafiəsini tələb edirik" - deyə, yazıb.

Xristian icmasının üzvləri bundan əvvəl də Pişəvərdə hədəf alınıb. Ən ölümcül hücum 2013-cü ildə yüzlərlə ibadətçi bazar günü ayini tərk edərkən iki kamikadzenin şəhər kilsəsində özünü partlatması ilə baş verib.

Hücum nəticəsində azı 80 nəfər həlak olub, 120 nəfər yaralanıb. Pakistandakı islamçı yaraqlılar uzun müddətdir ki, dini azlıqları, o cümlədən xristianları öz hədəflərindən birinə çevirib.

Xristianlar Pakistanın 220 milyonluq əhalisinin təxminən 2%-ni təşkil edir. Ölkə əhalisinin əksəriyyəti müsəlmanlardır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG