Accessibility links

Siyasi baxışlarına görə Olimpiya Oyunlarında iştirakına qadağada qoyulan belaruslu xizəkçi ölkədən qaçıb


Darya Dolidoviç
Darya Dolidoviç

Belaruslu xizəkçi və atasının bildirdiyinə görə, ailəsinin siyasi baxışlarına görə Olimpiya yarışlarından kənarlaşdırıldıqdan sonra hökumətin repressiyalarından qorxaraq, ailəsi ilə birlikdə ölkədən qaçıb.

Daryanın məşqçisi, yeddi dəfə Olimpiya şempionu Sergey Dolidoviç çərşənbə axşamı qızı ilə birlikdə Reuters agentliyinə verdiyi video-müsahibədə Darya Dolidoviç və ailəsinin hazırda Polşada olduğunu və onun məşqlərini davam etdirəcəyinə ümid eidiyini deyib.

Keçən ay Reuters Sergeyə istinadən bildirib ki, 17 yaşlı Daryanın yarışlarda iştirak etməsinə qadağa 2020-ci ildə Belarus prezidenti Aleksandr Lukaşenkonun yenidən prezident seçilməsinə qarşı keçirilən küçə etirazlarında iştirak etməsinə görə qoyulub. Lukaşenko səsvermənin saxtalaşdırıldığı ilə bağlı iddiaları rədd edib.

“Darya yarışlarda iştirak etmək hüququndan məhrum edilib. Onun karyerasını Belarusda davam etdirməsinin mümkünlüyünü görmürəm” deyə, Sergey bildirib.

O, “Bizi nümayiş keçirməkdə və (müxalifət) şüarları səsləndirməkdə günahlandıra, sonra həbsxanaya göndərə bilərlər“ deyə, əlavə edib.

Dolidoviçlər ailəsi ölkəni Pekin Qış Olimpiya Oyunlarına bir neçə gün qalmış tərk edib.

Ölkənin ən perspektivli yeniyetmə xizəkçilərindən biri olan Darya keçən ay bildirib ki, Belarusun Xizəksürmə İttifaqı onun Beynəlxalq Xizək Federasiyası tərəfindən keçirilən yarışlarda iştirak etməsi üçün tələb olunan fərdi identifikasiya nömrəsini - FIS kodunu deaktiv edib.

Belarus Xizəksürmə İttifaqı Dolidoviçin məşqçilər heyətinə bildirib ki, Belarus Xizəksürmə İdmanı Federasiyasının qərarına cavab olaraq dekabr ayında onun FIS kodunu ləğv edib. Məktubda belə qərarın niyə verildiyi açıqlanmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG