Accessibility links

Ukraynada son vəziyyət: 9 mart


5:30: Avropa İttifaqı çərşənbə günü Rusiyanın hərbi müdaxiləsinə cavab olaraq sanksiyaları artırmağa razılaşıb. Buna Rusiyanın yüksək vəzifəli rəsmiləri və oliqarxlarını həfəd alan tədbirlər, o cümlədən dəniz sənayesinə və bir neçə Belarus bankına məhdudiyyətlər daxildir.

“Üzv dövlətlər sanksiya paketi üzərində işləyirlər, hökumətin müxtəlig səviyyələrində təxminən 100 nəfər,” Avropa İttifaqının baş diplomatı Cozep Borrel Strasburqda Avropa Parlamentinə deyib. Borrell deyib ki, o, razılığın “bu gün sessiyanın sonunadək” əldə olunacağına ümid bəsləyir, ancaq əlavə təfərrüat paylaşmayıb.

5:16: Çinin Xarici İşlər Nazirliyi çərşənbə günü bildirib ki, Çin Qırmızı Xaç təşkilatı Ukraynaya 800 min dollar dəyərində yardım göndərir. Nazirliyk Rusiyaya tətbiq olunan sanksiyalara qarşı olduğunu bir daha bəyan edib.

“ABŞ Ukrayna məsələsi və Rusiya ilə münasibətlərində Çinin narahatlıqlarına ciddiyətlə yanaşmalıdır. Bu, Çinin hüquq və maraqlarına heç bir şəkildə ziyan vurmamalıdır,” sözçü Jao Lician müxbirlərə bildirib.

“Çin Çin şirkətləri və şəxslərinin hüquqları və mənafelərini qətiyyətlə qorumaq üçün bütün lazımi tədbirləri görəcək.”

Çin Çin şirkətləri və şəxslərin hüquq və qətiyyətlə müdafiə etmək üçün bütün

4:57: ABŞ-ın Vitse-prezidenti Kamala Harris cümə günündən etibardən Polşa və Rumıniyanın liderləri ilə görüşləri zamanı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavabında növbəti addımlarla bağlı hər iki ölkə ilə əməkdaşlıq edəcək və onları Vaşinqtonun dəstəyinə inandıracaq.

4:25 : Asiya və Avstraliyanın maliyyə bazarları çərşənbə günü qarısıq olub, neft bazarı isə ABŞ Prezidenti Co Bayden Rusiyanın neft idxalına qadağa elan edəndən bir gün sonra sabit şəkildə artmağa davam edib.

Tokioda Nikkei indeksi 0.3 faiz azalıb. Şanxayın Compoiste indeksi 1.1 faiz, Honq Konqun Hanq Senq indeksi isə 0.6 faiz azalıb.

Avropa bazarlarında çərşənbə günü müsbət mənzərə müşahidə olunub. Britaniyanın bençmark FTSE indeksi 1.6, Fransanın CAC-40 indeksi 3.7, Almaniyanın DAX indeksi isə 4 faiz artıb.

Əmtəə bazarlarına gəldikdə isə, qızıl 0ş5 faiz artıb, ABŞ-ın xam nefti 1.2 faiz artaraq bir barelə 125.24 dollar təşkil edib. Brent xam nefti isə 1.5 faiz artaraq barelinə 130.02 dollara qalxıb.

Rusiyanın qonşu Ukraynaya hərbi müdaxiləsi nəticəsində ABŞ və başqa ölkələrdə Rusiyadan neft idxalına qadağanın tətbiq olunmasına dair çağırışlara səbəb olub ki, bu da benzinin qiymətinin daha da artmasına gətirib çıxaara bilər. Dünyanın neft təchizatı tələblə uyğunlaşmır.

4:00 a.m.: ABŞ qanunvericiləri Ukraynana humanitar və hərbi yardım üçün 14 milyard dollar xərcləmək üzərində razılıq əldə edib. Hər iki partiyanın dəstəyi ilə Rusiyanın şərqi Avropada müstəqil ölkəyə səbəbsiz hücumunun qarşısını almaq məqsədi daşıyan təşəbbüs Konqresin Prezident Co Baydenin ABŞ-a Rusiyadan enerji idxalına qadağa tətbiq edəcəyini elan etməsindən sonraya təsadüf edib.

3:35: Birləşmiş Krallıq çərşənbə günü Rusiyaya qarşı yeni aviasiya sanksiyaları elan edib ki, bu da hökumətə “Rusiya təyyarələrini ələ keçirməyə və sanksiya tətbiq olunan şəxslər və qurumlara aid təyyarələri yığışdırmağa” imkan verir.

Xarici işlər naziri Liz Truss deyib ki, saksiyalar “Ruisyaya və Kremlə yaxın olanlara daha çox iqtisadi ziyan vuracaq.”

3:28: Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi bildirir ki, Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri 1.2 milyan ukraynalı Polşaya qaçıb. Polşa onlara qapılaraını açıb.

3:00: Çərşənbə günü insanlar Ukraynadan qaçaraq Polşanın Przemisl dəmiryolu stansiyasına gəlib.

2:00: Britaniyanın Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, Rusiya qüvvələri Kyivin şimalında döyüşlər davam etdiyi bir vaxt “hər hansı böyük irəliləyiş edə bilmirlər.”

“Ukraynanın havadan müdafiəsi Ruisyanın müasir döyüş təyyarələrinə qarşı əhəmiyyətli uğrular ələd edib və onlaırn havaya nəzarət etməsinin qarşını ələd edib,” döyüş kəşfiyyatının bəyanatında deyilir.

1:26: Rusiya çərşənbə günü Ukrayanın Rusiya qüvvələri tərəfindən mühasirə olunan şəhərlərindən mülki vətəndaşların təxliyəsinə imkan vermək üçün yeni atəşkəs palnlarını açıqlayıb. Bundan bir gün öncə minlərlə insan Ukraynanın şimal-şərqində bir şəhəri tərk edə bilib. Ukrayna rəsmiləri isə Rusiyanı ölkənin cənubunda bir başqa evakuasiya yolunu atəşə tutmaqda ittiham edib.

1:07: Ukraynanın şimal-şərqində Sumi şəhərindən insanların təxliyyəsi üçün istifadə olunan humanitar dəhliz çərşənbə günü açıq qalacaq.

Reuters-in məlumatına görə, Rusiya və Ukrayna çərşənbə axşamı bu dəhliz üzərində razılıq əldə edib. Nəticədə avtobuslarda təxminən 5000 nəfər və 1000-ə yaxın maşın şəhəri tərk edərək cənubda yerləşən Poltava şəhərinə doğru gedə bilib.

Şəhər çərşənbə günü vətəndaşların təxliyəsinə imkan verən atəşkəsə qədər Ruiya qüvvələri tərəfindən hücuma məruz qalıb. Reuters xəbər verir ki, Suminin qubernatoru Dmitro Jivitski deyib ki, atəşkəsdən öncə şəhərdəki yaşayış binalarına bombalar atılıb və bir partalyış nəticəsində 22 mülki vətəndaş ölüb.

12:18: ABŞ iki Patriot raketdən müdafiə batareyalarını Polşaya yerləşdirdiyini elan edib.

ABŞ-ın Avropa Komandalığının bildirdiyinə görə, bu addım ABŞ Müdafiə nazirinin Avropa müttəfiqlərinə qarşı “hər hansı mümkün təhlükənin qarşısını almaq” göstərişi ilə atılıb.
“Bu müdafiə avadanlıqları fəal şəkildə ABŞ və Müttəfiq qüvvələr və NATO ərazisinə hər hansı mümkün təhlükənin qarşısını almaq üçün yerləşdirilir,” ABŞ-ın Avropa Komandalığının sözçüsü kapitan Adam Miller bəyantında bildirib.

Miller deyib ki, sistemlər müdafiə məqsədi daşıyır və qorunmaq üçün hazırlanıb. “Bizim atdığımız hər addımın məqsədi təcavüzün qarşısını almaq və müttəfiqlərimizi əmin etmək məqsədi daşıyır,” Miller deyib.

Patriot raketdən müdafiə sistemləri qısa-mənzilli balistik raketləri, qabaqcıl təyyarələr və qanadlı raketləri məhv edə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG