Accessibility links

ABŞ Ukraynada Rusiyanın hərbi cinayətlərinə dair sübutların toplanması və təhlili proqramına start verir


Çərşənbə axşamı ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlər və digər vəhşiliklərin sübutlarını ələ keçirmək və təhlil etmək üçün yeni proqrama başladığını elan edib. Beləliklə, Vaşinqton Moskvanın öz hərəkətlərinə görə cavabdeh olmasını təmin etməyə çalışır.

Dövlət Departamentinin bəyanatında deyilir ki, Münaqişələrin Müşahidə Mərkəzi Rusiyanın Ukraynadakı hərəkətlərinə dair açıq mənbəli sübutların sənədləşdirilməsi, yoxlanılması və yayılmasını əhatə edəcək. Hesabatlar və təhlillər Münaqişələrin Müşahidə Mərkəzi internet saytında yerləşdiriləcək.

ABŞ prezidenti Co Bayden Ukraynada törədilən “böyük müharibə cinayətləri” adlandırdığı hadisələrə görə Rusiyanı ittiham edib və İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük quru müharibəsini başlatdığına görə Moskvanı məsuliyyətə cəlb etmək əzmini vurğulayıb.

Kyiv hökuməti Rusiyanı işğal zamanı mülki əhaliyə qarşı vəhşilik və qəddarlıqda ittiham edib və 10 mindən çox mümkün müharibə cinayəti müəyyən etdiyini bildirib.

Rusiya mülki insanları hədəf aldığını inkar edir və heç bir sübut olmadan vəhşilik əlamətlərinin səhnələşdirildiyini deyir.

ABŞ Dövlət Departamenti bildirib ki, ilkin 6 milyon dollarlıq investisiya ilə qurulan yeni proqram peykdən çəkilmiş görüntülər və sosial mediada paylaşılan məlumatlar da daxil olmaqla, məlumatları təhlil edib toplanaraq davam edən və gələcəkdəki hesabatlılıq mexanizmlərində istifadə oluna bilər.

“Bu yeni Münaqişələri Müşahidə Mərkəzi proqramı ABŞ hökumətinin həm lokal, həm də beynəlxalq səviyyədə Rusiyanın dəhşətli hərəkətlərinə görə gələcək hesabatlılığı təmin etmək üçün nəzərdə tutulmuş bir sıra səylərinin bir hissəsidir” - deyə, bəyanatda deyilir.

Ukrayna məhkəməsi əsir götürülmüş rus əsgərini 62 yaşlı mülki vətəndaşı öldürməkdə ittiham edən Rusiyanın fevralın 24-də işğalı nəticəsində yaranan ilk hərbi cinayətlər üzrə məhkəmənin ilkin iclasını cümə günü keçirib.

Rusiya Ukraynanın demilitarizasiyası üçün xüsusi əməliyyata başladıqdan sonra şəhərləri xarabalığa çevirib və qoşunlarının geri çəkildiyi şəhərlərdə yüzlərlə mülki şəxsin cəsədi tapılıb. Kyiv və onun Qərb müttəfiqləri bunun səbəbsiz müharibə üçün əsassız bəhanə olduğunu deyirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG