Accessibility links

ABŞ, Yaponiya və Cənubi Koreya liderləri Şimali Koreyanın təcavüzündən narahatdır


ABŞ prezidenti Co Bayden və Cənubi Koreya və Yaponiya liderləri çərşənbə günü Madriddə NATO sammiti çərçivəsində görüşərkən Şimali Koreyanın nüvə təhlükəsi ilə bağlı yeni narahatlıqlarını ifadə edib.

Üçtərəfli görüşdən əvvəl qısa şərhlərdə Bayden "Biz [Şimali Koreyanın] ballistik raketlərin eskalasiyası və sınaqlarını davam etdirməsindən və nüvə sınağı keçirmə potensialına malik olmasından dərin narahatıq" deyib.

Bayden ABŞ, Cənubi Koreya və Yaponiyanın "Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və azad və açıq Hind-Sakit Okeanı da daxil olmaqla, ortaq məqsədi" olduğunu bildirib.

Cənubi Koreya prezidenti Yoon Suk Yeol deyib ki, Şimali Koreyanın nüvə və raket təhdidləri artmaqda davam edir. Qlobal mənzərə isə artan qeyri-müəyyənliklərlə üzləşir və bununla da üçtərəfli tərəfdaşlığımızı daha da vacib edir.

Yaponiyanın baş naziri Fumio Kişida deyib ki, o, nüvə sınaqları da daxil olmaqla, Şimali Koreyanın gələcək təxribat ehtimalından dərin narahatdır. O, bu görüş vasitəsilə Şimali Koreyaya cavabımızla bağlı üçtərəfli əməkdaşlığın möhkəmlənəcəyini ümidini ifadə edib.

Bu il Şimali Koreya 31 ballistik raket buraxaraq, 2019-cu ildəki 25-lik rekordu qırıb.

Bayden administrasiyası Şimali Koreyanın qanunsuz nüvə silahları və raket proqramlarını davam etdirməsini Hind-Sakit okean regionunun üzləşdiyi əsas problemlərdən biri kimi vurğulasa və Şimali Koreyanın təxribatlarına qarşı genişlənmiş çəkindirməni gücləndirəcəyinə söz versə də, Konqresin bəzi üzvləri Dövlət Departamentinin Hind-Sakit okean strategiyasını prioritetləşdirmək ciddiliyinə şübhə ilə yanaşır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG