Accessibility links

Toğrul Vəliyev: Neftdən asılılığı azaltmaq lazımdır


İqtisadçı ekspert Toğrul Vəliyev Amerikanın Səsinə müsahibəsində dünya bazarlarında artan neft qiymətlərinin, yeni büdcə dəyişikliklərinin, o cümlədən Rusiyaya qarşı sanksiyaların Azərbaycan iqtisadiyyatına təsirlərindən danışıb.

Toğrul Vəliyev: Neftdən asılılığı azaltmaq lazımdır
please wait

No media source currently available

0:00 0:04:55 0:00

Amerikanın Səsi: Dünya bazarlarında son aylar neftin qiymətlərinin artması nəticəsində Azərbaycanın valyuta ehtiyatları 54 milyard dolları keçib. Bu amil ölkə iqtisadiyyatı üçün strateji perspektiv baxımından hansı yeni imkanlar yaradır?

Toğrul Vəliyev: Əslinə qalsa, bu, o deməkdir ki, Azərbaycanın ixrac gəlirləri artıb. Müvafiq olaraq dediyiniz kimi Dövlət Neft Fondunun vəsaitlərinin həcmi artıb. Təəssüflər olsun ki, bu vəsaitlər bizdə Azərbaycan iqtisadiyyatına xərclənmir. Yəni, bu, ehtiyat kimi saxlanılır və bizdə, əsas prinsip kimi ehtiyatların saxlanılıb, artırılması nəzərdə tutulur. Yəni, bu vəsaitlərin iqtisadiyyata yatırılması nəzərdə tutulmur. Ona görə mənim fikrimcə, elə bir effekti olmayacaq. Sadəcə başqa tərəfi var ki, dövlət büdcəsinin vergi gəlirləri artır neft hesabına artır. Onların harasa istiqamətləndirilməsi maraqlı olardı, iqtisadiyyat üçün təkan olardı. Amma, indiki məqamda biz müşahidə edirik ki, bu istiqamətdə heç bir addımlar atılmır. Fikrimcə, çox geniş perspektivlər vəd etmir.

Biz bilirik ki, tikinti ilə bağlı bütün xərclər qeyri-şəffafdır. Təssüflər olsun ki, səmərəsiz xərclənir. Biz bilmirik vəsaitlər necə xərclənəcək və hansı istiqamətlərə gedəcək.

Amerikanın Səsi: Neft gəlirlərinin artması 2022-ci il dövlət büdcəsinin parametrlerinə yenidən baxılması üçün şərait yaradıb. Xərclərin bölüşdürülməsini necə qiymətləndirərdiniz? Sizcə əlavə vəsaitlərdən nə dərəcədə səmərəli istifadə olunacaq?

Toğrul Vəliyev: Bir məqamı qeyd etmək lazımdır ki, maliyyə nazirliyi öz layihəsində qeyd edir ki, baxılması üçün əsas səbəblərdən biri neft qiymətlərinin artması deyil, məhz müxtəlif tapşırıqlardır. İlin əvvəlindən verilmiş tapşırıqlar, sərəncamlar və s sənədlərə bağlıdır. Çünki xərclər daha çox idi. Nəticə etibarı ilə biz gördük ki, büdcə dəyişikliyinin əsas hissəsi əsas artım tikinti ilə bağlıdır. Hərbi məqsədlər üçün tikinti ola bilər, adi, azad olunmuş torpaqlarla bağlı ola bilər. Fkrimcə, bu düzgün deyil. Əsas vəsaitlər digər istiqamətlərə yönəlməlidir. Başqa bir tərəfi var. Biz bilirik ki, tikinti ilə bağlı bütün xərclər qeyri-şəffafdır. Təssüflər olsun ki, səmərəsiz xərclənir. Biz bilmirik vəsaitlər necə xərclənəcək və hansı istiqamətlərə gedəcək.

Amerikanın Səsi: Fikrinizcə Azərbaycan ölkənin artan neft gəlirlərini hansı prioritet sahələrə yönəltməlidir?

Toğrul Vəliyev: İndiki məqamda bütün dünya iqtisadiyyatındakı kimi Azərbaycan da yüksək qiymət artımı ilə üzləşib. Bu, sosial amildir. Əhalinin sosial rifahı 2015-ci ildən bu yana artmır. Yəni, fikrimcə ilk əvvəl sosial xərclər nəzərdə tutulmalıdır. İlk əvvəl sosial rifah nəzərdə tutulmalıdır. Xərclər o istiqamətə yönəlməlidir. Ondan sonrakı məqamlarda əhalinin gəlirlərini artırmaq lazımdır. İkinci istiqamət əlbəttə ki, biz iqtisadiyyatı bərpa eləmək istəyiriksə, iqtisadiyyatın digər sahələrinə, yəni, kiçik və orta sahibkarlığın inkişafına yönəldilsəydi daha effektiv olardı.

İlk əvvəl sosial rifah nəzərdə tutulmalıdır. Xərclər o istiqamətə yönəlməlidir. Ondan sonrakı məqamlarda əhalinin gəlirlərini artırmaq lazımdır.

Amerikanın Səsi: Qərbin Rusiyanın neft ixracının məhdudlaşdırılmasına yönələn addımları dünya bazarında qiymətlərin dinamikasına necə təsir göstərəcək? Bu proseslər Azərbaycana nə vəd edir? Ölkə iqtisadiyyatına, Azərbaycan manatının məzənnəsinə necə təsir edə bilər?

Toğrul Vəliyev: Biz görürük ki, indiki məqamda dünyada neftə tələbat müəyyən qədər artmağa başlayıb. Həm neftə tələbat, həm təbii qaza tələbat artmağa başlayıb. Bu pandemiyadan sonrakı bərpa prosesi ilə bağlıdır. İqtisadiyyat 2019-cu ilə qayıtmağa çalışır. Tələbat artdığı üçün təklif də çox olmalıdır. Fikrimcə yaxın yarım ildə və ya növbəti ilin əvvəlinə kimi əgər heç bir dəyişiklik baş verməsə Rusiya ilə münasibətlərdə qiymət artımı davam edəcək. Sadəcə ondan sonrakı dövrdə dünya müəyyən qədər uyğunlaşacaq. Əslinə qalsa resurs kifayətdir. Müəyyən uyğunlaşmalar olandan sonra qiymət aşağı olacaq. Digr tərəfdən, Rusiya öz neftini satmağa çalışır. Leqal və qeyri-leqal yolla ucuz satmağa çalışır. Əgər, bu tendensiya davam etsə, fikrimcə ilin sonuna biz müəyyən azalma müşahidə edə bilərik. Fikrimcə, neft aslılığını azaltmaq lazımdır. Bu hər bir halda müsbət perspektivlər vəd etmir.

XS
SM
MD
LG