Accessibility links

İranda daşqınlar nəticəsində ölənlərin sayı 56-a çatıb


İran.
İran.

Rəsmilərin iyulun 30-da verdiyi məlumata görə, İranda iki gün davam edən güclü tufan, sel və daşqınlar nəticəsində ölənlərin sayı 56-a çatıb.

İran mediası Qırmızı Aypara təşkilatının sözçüsünə istinad edərək bildirib ki, paytaxt Tehran və başqa dörd vilayətdə onlarla insan hələ də itkindir. Ölkə boyu leysan yağışların davam edəcəyi gözlənildiyi üçün yerli rəsmilər tələfatın artmasından narahatdır.

Dövlət mediası bildirib ki, hərbi qulluqçular xilasetmə işlərinə qoşulub və minlərlə insanı ucqar ərazilərdən təhlükəsiz yerlərə köçürməyə yardım edirlər.

Ötən həftə ölkənin cənubunda quraqlıqdan əziyyət çəkən Fars vilayətində daşqınlar azı 11 nəfər ölümünə səbəb olub, onlarla kəndi təsirinə məruz qoymuşdu.

İranda son onillərdə təkrar-təkrar quraqlıqlar, eyni zamanda isə müntəzəm olaraq daşqınlar baş verib.

2019-cu ildə ölkənin cənubunda ağır daşqın azı 76 nəfərin ölümünə səbəb olmuş, 2 milyard dollardan çox ziyan vurmuşdu.

Fars vilayətində 2018-ci ilin mart ayında daşqın 44 nəfərin ölümü ilə nəticələnmişdi.

Ekspertlər deyir ki, iqlim dəyişikliyi quraqlıq və daşqınların artmasına səbəb olur, onların intensivliy və tez-tez olması isə öz növbəsində ərzaq təhlükəsizliyinə təhlükə yaradır.

XS
SM
MD
LG