Accessibility links

Alla Puqaçova ona “xarici agent” adının verilməsini istəyib


Rusiyalı müğənni Alla Puqaçova veteran rus müğənnisi və Kremlpərəst siyasətçi İosif Kobzonla vidalaşmaq üçün Moskvaya gəlib, 2 sentyabr 2018-ci il. REUTERS/Maksim Şemetov
Rusiyalı müğənni Alla Puqaçova veteran rus müğənnisi və Kremlpərəst siyasətçi İosif Kobzonla vidalaşmaq üçün Moskvaya gəlib, 2 sentyabr 2018-ci il. REUTERS/Maksim Şemetov

Sovet dövründən bəri çox məşhur olan rusiyalı müğənni Alla Puqaçova Rusiyanın xarici agentləri siyahısına daxil olmaq istədiyini bildirib.

Rusiyanın Ukraynaya qoşun yeritməsini tənqid edən Puqaçevanın əri, müğənni və teleaparıcı Maksim Qalkin şənbə günü Ədliyyə Nazirliyi tərəfindən Ukrayna naminə siyasi fəaliyyət göstərdiyi və Ukraynadan maliyyə aldığı iddiası ilə xarici agentlər siyahısına daxil edilib.

Puqaçova, Qalkini "yanlış məqsədlər üçün oğlanlarımızın ölümlərinin sonunu" arzulayan "əsl və satılmaz vətənpərvər" adlandırıb.

Rusiya qanunvericiliyi xaricdən maliyyə alan siyasi fəaliyyətlə məşğul olduğu hesab edilən təşkilat və şəxslərin xarici agent elan edilməsinə icazə verir. Termin aşağılayıcı məna daşımaqla yanaşı, xarici agent kimi qeydə alınma hökumət tərəfindən əlavə yoxlanışı nəzərdə tutur.

XS
SM
MD
LG