Accessibility links

NATO baş katibinin müavini Çinə Rusiyanı silahlandırmaqla bağlı xəbərdarlıq edib


Dünyanın Ukraynanın Rusiyaya qarşı yaz əks-hücumuna başlamasını gözlədiyi bir vaxt NATO Baş katibinin müavini Mirça Geoana Çinə xəbərdarlıq edib. O, Pekini Rusiyanın amansız və qanunsuz işğalını davam etdirdiyi üçün Moskvaya hərbi dəstək verməməyə çağırıb.

Amerikanın Səsinə müsahibə verən Geoana deyib: "Biz hələ Çinin Rusiyaya kömək etmək üçün hərbi silah göndərməsinin əlamətlərini görməmişik, lakin müzakirələrin davam etdiyini bilirik. Bu, Çinin təkcə bizimlə münasibətlərinə deyil, Çinin dünyanın qalan hissəsindəki nüfuzuna təsir edəcək çox ciddi bir qərar olacaq".

"Rusiya Ukrayna müharibəsində "təcavüzkar'dır və Moskvanın silahlandırılması bizim çox, çox, çox, çox kəskin şəkildə pislədiyimiz bir şeydir" - deyə, o əlavə edib.

Pentaqonun mətbuat katibi Briqada generalı Pat Ryder jurnalistlərə bildirib ki, ABŞ Çinlə Rusiyaya ölümcül yardım göstərməyin mənfi nəticələri barədə danışıb.

"Bu, təkcə Rusiyanın Ukraynanı qanunsuz işğalının müddətini uzatmaqla yanaşı, Ukraynada minlərlə günahsız insanın ölümü ilə nəticələnməyəcək, həm də onları Ukraynanı bir millət kimi məhv etmək istəyən ölkələrin düşərgəsinə salacaq", Rayder deyib.

Aprel ayında Pekinin Rusiyaya hərbi yardım göstərəcəyi ilə bağlı Qərbin davamlı narahatlıqlarına cavab verən Çinin xarici işlər naziri Qin Gang demişdi ki, Çin Ukraynadakı müharibədə heç bir tərəfə silah satmayacaq.

Ukraynanın NATO-ya qoşulmasını dəstəkləyən Geoana Amerikanın Səsinə deyib ki, Ukrayna və Gürcüstan kimi ölkələr öz müqəddəratları ilə bağlı Rusiya kimi xarici gücün veto hüququna məruz qalmamalıdır.

"Məsələ burasındadır ki, mənim öz ölkəm üçün hansı qərarı verəcəyim Rusiyanın işi deyil. Harada və necə yaşamaq istədiyimə qərar vermək məndən, xalqımdan, seçilmiş liderlərimdən asılıdır. 17 milyon kilometr və 11 saat qurşağını əhatə edən Rusiya heç vaxt NATO tərəfindən mühasirəyə alınmayacaq və Rusiyanın bu kimi iddialrı təbliğatdır," o bildirib.

Rəsmilər deyirlər ki, Ukrayna planlaşdırılan hücumdan əvvəl formalaşdırma əməliyyatları aparır.

Geoana Amerikanın Səsinə bildirib ki, Ukraynada cəbhə xəttləri "hərəkətli" şəklindədir, NATO Ukraynanın döyüşlərdə olan Baxmut şəhərinin qərb tərəfi boyunca ərazilər qazanmasının əlamətlərini görüb.

Ukrayna prezidenti Vladimir Zelenski səbirli olmağa çağırıb, belə ki, Ukrayna hücumu təxirə salmaqda davam edir.

Geoana Amerikanın Səsinə bildirib ki, o, Ukrayna liderinin mühakiməsinə inanır.

"Biz bilirik ki, Ukrayna ardıcıl əks-hücum əməliyyatına başlamaq gücünə malikdir, lakin Rusiyanın əhəmiyyətli müqavimət göstərə biləcəyini də bilirik," o deyib.

XS
SM
MD
LG