Prezident Co Bayden və Konqres liderləri bu həftə Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Görüşlər zamanı Zelenskinin yenidən ABŞ-ı Rusiyaya qarşı müharibədə ölkəsinə yardımı artırmağa çağıracağı gözlənilir.
Bu arada, qanunvericilər sərhəd təhlükəsizliyi və immiqrasiya nəzarəti ilə bağlı razılığa gəlməyə çalışırlar.
Zelenski çərşənbə axşamı Ağ Evdə və Konqres üzvləri ilə görüşlərə dəvət olunub. Bəzi Respublikaçı qanunvericilər Ukraynaya yardımın davam etdirilməsini şübhə altına alırlar.
Zelenskinin Vaşinqtona gəlişi Konqres üçün qərar qəbul etmək üçün son müddətin cümə günü, qanunvericilərin Milad tətilinə başlayacağı vaxta təsadüf edir.
Nümayəndələr Palatasının spikeri Mayk Conson və digər Respublikaçıların ABŞ-ın Meksika ilə sərhədini gücləndirmək üçün ilkin tədbirlər görülməsə, əlavə vəsait ayırmamaq tələbi ilə Ukraynaya daha bir yardım paketi təxirə salınıb.
Senatdakı ikitərəfli danışıqlarla tanış olan mənbənin sözlərinə görə, Ağ Ev ABŞ-Meksika sərhədini keçməyə çalışan miqrantların sayını azaltmaq üçün ABŞ-da sığınacaq əldə etməyi çətinləşdirməyə hazırdır.
"Senatda çoxluq lideri Çak Şumer onlar üçün daha sürətli iş icazəsi və ya qanuni təmsilçiliyə daha yaxşı çıxış kimi bəzi mühacir tərəfdarı müddəaları irəli sürür", məsələ ilə tanış olan şəxs deyib.
Senat liderləri ümid edirdilər ki, Demokrat senator Kris Mörfi və Respublikaçı senator Ceyms Lankford sərhəd təhlükəsizliyi məsələsində kompromis tapacaqlar.
Mörfi bazar günü NBC News-a deyib: "Bu həftə Ağ Ev razılaşmanın əldə edilməsi üçün daha aktiv hərəkətə başlayacaq".
Respublikaçı senator Lindsi Qraham bazar günü Dohada keçirilən forumun illik konfransında iştirakçılara bildirib ki, qanunvericilər hər hansı ikitərəfli razılaşma əldə etməkdən uzaqdırlar. O əlavə edib ki, qanunvericiliyin gələn ilin əvvəlində qəbul ediləcəyinə ümid edir və bu, ehtimal ki, prezident Baydenin ümid etdiyi müddətdən daha artıq sürə bilər.
Forum