Accessibility links

Fermerlər Avropa Birliyinin qaydalarına etiraz olaraq traktorlarla yolları bağlayırlar


Fransa hökumətini güzəştlərindən sonra yerli fermelərinin etirazları dayandırmasına baxmayaraq, fermerlərin etirazları bütün Avropada fasilələrə səbəb olub.

Fermerlər, digər şikayətlər arasında kənd təsərrüfatı və haqsız rəqabətə dair həddindən artıq məhdudlaşdırıcı qaydalar olduğunu söyləyirlər.

Hərəkat ötən ay Fransada başlayıb və Almaniya, Belçika, Polşa, Rumıniya, Yunanıstan və Hollandiyada da etirazlarla davam edib.

Fermerlər traktor karvanları ilə əsas şəhərlərdə avtomobil yollarını bağlayaraq, nəqliyyatın hərəkətini dayandırıblar.

İtaliyada şənbə günü təxminən 150 traktor Romadan təxminən bir saat şimalda Ortedə toplanıb.

AFP müxbirinin bildirdiyinə görə, orada etirazçılar maaş və şərtləri yaxşılaşdırmağa çağrırış edərək, tezliklə İtaliya paytaxtına gələcəklərini elan etdilər.

Nümayişçilər bir neçə gündür ki, baş nazir Corcia Meloni hökuməti ilə danışıqlara çağırırlar, lakin onlara indiyədək heç bir cavab verilməyib.

Yunanıstanda 2000-ə yaxın fermer şənbə günü ölkənin ikinci ən böyük şəhəri Salonikidə yardımların artırılması tələbi ilə etiraz aksiyası keçirib.

Onların hərəkəti baş nazir Kiriakos Mitsotakisin əlavə dəstək tədbirlərini elan etməsindən bir gün sonra baş verib.

Almaniyada yüzlərlə fermer traktorla ölkənin ən işlək hava limanı olan Frankfurt hava limanına girişi kəsib, dizel yanacağı ilə bağlı vergi islahatlarına qarşı çıxıb.

Belqa xəbər agentliyinin məlumatına görə, şənbə günü axşam Hollandiya-Belçika sərhədində əsas avtomobil yolunu bağlayan etiraz aksiyası dayandırılıb.

Aİ bu il Avropa Parlamentinə seçkilər ərəfəsində narahatlıqları aradan qaldırmağa çalışır.

Forum

XS
SM
MD
LG