Accessibility links

Rusiya Kyiv və Mikolayiv şəhərlərinə raket zərbələri endirib


Aftermath of Russian missile strike in Kyiv
Aftermath of Russian missile strike in Kyiv

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın çərşənbə günü Kyiv və Mikolayiv şəhərlərinə raket zərbələri endirməsi nəticəsində azı 5 nəfərin öldüyünü bildirib.

“Rusiyanın ölkəmizə qarşı növbəti kütləvi hava hücumu. Altı rayon düşmən atəşinə tutulub. Hazırda bütün xidmətlərimiz bu terrorun nəticələrini aradan qaldırmaq üçün çalışır”, Zelenski sosial mediada bildirib.

Ukrayna hərbi qüvvələri Rusiyanın 20 dron, 36 qanadlı raket, beş S-300 idarə olunan raket və üç ballistik raketi əhatə edən hücumlarının geniş dalğası haqqında məlumat verib.

Ukraynanın Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri 20 pilotsuz təyyarədən 15-ni və 44 raketdən 29-nu məhv etdiyini bildirib.

Zelenski deyib ki, Rusiyanın hücumu Mikolayivdə bir nəfərin ölümünə və şəhərdə onlarla evin dağılmasına səbəb olub.

Kyiv meri Vitali Kliçko Telegram kanalında hündürmərtəbəli binanın vurulduğunu və hücumların bəzi ərazilərdə elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.

Kyivdə səfərdə olan Avropa İttifaqının xarici siyasət komissarı Cozef Borrell X platformasında yazıb ki, çərşənbə günü hava hücumu haqda həyəcan siqnalları müşayəti ilə sığınacaqda işə başlayır.

“Rusiyanın qeyri-qanuni təcavüzə başlamasından bəri bu, cəsur Ukrayna xalqının gündəlik reallığıdır” - deyə, Borrell bildirib.

Zelenski çərşənbə axşamı gecə etdiyi çıxışında dronlara yönəlmiş yeni hərbi bölmənin yaradıldığını elan edib.

O bildirib ki, pilotsuz sistemlər “quruda, göydə və dənizdəki döyüşlərdə effektivliyini sübut edib”.

Zelenski deyib ki, Rusiyanın quruda hücumlarının dayandırılması, Rusiya qüvvələrinin və onların texnikasının “geniş miqyaslı məhv edilməsi” pilotsuz təyyarə proqramının əsas istiqaməti olacaq.

Son aylarda Ukrayna Rusiya daxilindəki əraziləri hədəfə almaq üçün getdikcə daha çox pilotsuz təyyarələrdən istifadə edir, eyni zamanda Krımda Rusiya donanmasının obyektlərinə zərbələr endirir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG