Accessibility links

Rusiya əksər əlaqələrin kəsilməsində Baltikyanı ölkələri günahlandırır


Rusiya Xarici İşlər Nazirliyinin bazar günü dərc edilən açıqlamalarında Baltikyanı ölkələrin “düşmən xəttinin” onların Rusiya ilə əksər əlaqələrinin kəsilməsinə səbəb olduğu bildirilib və Moskvanın asimmetrik tədbirlərlə cavab verəcəyi barədə xəbərdarlıq edilib.

“Vilnüs, Riqa və Tallinin açıq düşmən xəttinə görə Rusiya ilə bütün dövlətlərarası, idarələrarası, regional və sektoral əlaqələr kəsilib”, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Litva, Latviya və Estoniya paytaxtlarına istinad edərək RİA dövlət xəbər agentliyinə bildirib.

O əlavə edib ki, Moskva Baltikyanı ölkələrə münasibətdə diplomatik təsir tədbirlərindən istifadə etməyə davam edəcək.

Estoniya keçən həftə Rusiyanı GPS siqnallarına müdaxilə edərək, beynəlxalq hava məkanı qaydalarını pozmaqda günahlandırıb. NATO isə keçən həftə Baltikyanı ölkələrin Rusiyanın casusluğu adlandırdıqları fəaliyyətlərdən “dərin narahat” olanlar arasında olduğunu bildirib.

Zaxarova Baltikyanı ölkələr tərəfindən atılan hansı addımları nəzərdə tutduğunu dəqiqləşdirmədən RİA dövlət xəbər agentliyinə bildirib ki, Moskva Latviya, Litva və Estoniyanın düşmənçilik hərəkətlərinə asimmetrik tədbirlərlə cavab verəcək.

“Biz həmçinin Baltikyanı ölkələrin düşmənçilik hərəkətlərinə ilk növbədə, iqtisadi və tranzit sahələrdə asimmetrik tədbirlərlə cavab verəcəyik”, o deyib.

Fevral ayında Rusiya hüquq-mühafizə orqanları Estoniyanın baş naziri Kaya Kallas, Litvanın mədəniyyət naziri və Latviyanın əvvəlki parlamentinin üzvlərini sovet dövrü abidələrinin dağıdılmasına görə axtarışa verib.

Forum

XS
SM
MD
LG