Accessibility links

Netanyahunun kabineti Əl-Cəzirə kanalının İsraildəki ofislərinin bağlanmasına qərar verib


Arxiv fotosu - Qətərə məxsus Əl-Cəzirə telekanalının əməkdaşı kanalın Qüdsdəki ofisində işləyir.
Arxiv fotosu - Qətərə məxsus Əl-Cəzirə telekanalının əməkdaşı kanalın Qüdsdəki ofisində işləyir.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü hökumətinin Qətərə məxsus Əl-Cəzirə telekanalının yerli ofislərini bağlamaq qərarına yekdilliklə səs verdiyini bildirib.

Netanyahu qərarını əvvəllər Twitter adı ilə tanınan X hesabında açıqlayıb, lakin bu addımın kanala hansı təsirləri olacağı, nə vaxt qüvvəyə minəcəyi və ya tədbirin daimi və ya müvəqqəti olacağı hələlik bəlli deyil.

Kanalın Qətərin paytaxtı Dohadakı baş qərargahından dərhal şərh verilməyib. Əl-Cəzirə telekanalının Ərəb xidmətinin müxbiri bildirib ki, bu qərar yayım şirkətinin İsraildə oktyabrın 7-də Qəzzada müharibəyə səbəb olan hücumdan sonra aylarca canlı yayımda çəkilişlər apardığı Şərqi Qüdsdəki əməliyyatlarına təsir edəcək.

Müxbir bildirib ki, bu, Əl-Cəzirənin Fələstin ərazilərindəki əməliyyatlarına təsir göstərməyəcək.

İsrail mediasının bildirdiyinə görə, qərara əsasən, səsvermə İsrailin kanalın ölkədə fəaliyyət göstərməsinə 45 gün qadağa qoymağa imkan verir.

“Mənim hökumətim yekdilliklə qərar verdi: “Əl-Cəzirə” təhrik kanalı İsraildə bağlanacaq”, Netanyahu X səhifəsində yazıb.

Əl-Cəzirə İsrailə qarşı təhrik etdiyini qəti şəkildə rədd edir.

Qərar İsrailin Əl-Cəzirə ilə uzun müddətdir davam edən ədavətini daha da artırır. Bu addım həmçinin Doha hökumətinin Qəzzada müharibəni dayandırmaq üçün vasitəçilik səylərində əsas rol oynadığı bir vaxtda kanalın sahibi olan Qətərlə gərginliyin artmasına gətirib çıxara bilər.

İsrail uzun müddətdir ki, telekanalı ölkəyə qarşı qərəzli olmaqda ittiham edərək, Əl-Cəzirə ilə pis münasibətlərə malik olub.

Əl-Cəzirə müharibə boyu Qəzzada qalaraq, hava hücumları və izdihamlı xəstəxanalarda qanlı səhnələri yayımlayan və İsraili qətliamlarda ittiham edən bir neçə beynəlxalq media orqanlarından biridir. İsrail Əl-Cəzirəni Həmasla əməkdaşlıqda ittiham edir.

Dohada yerləşən və Qətər hökuməti tərəfindən maliyyələşdirilən Əl-Cəzirə telekanalı şərh vermək barədə sorğuya dərhal cavab verməyib.

Əl-Cəzirə kanalının ingilis dilində yayımı çox vaxt digər böyük yayım şəbəkələrində olan proqramlara bənzəsə də, onun ərəb bölməsi tez-tez HƏMAS və regiondakı digər silahlı qrupların video bəyanatlarını yayımlayır. Telekanal eynilə, Birləşmiş Ştatların 2003-cü ildə İraqa müdaxiləsi nəticəsində Səddam Hüseynin hakimiyyətdən devrilməsindən sonra ABŞ tərəfindən sərt tənqidlərə məruz qalmışdı.

Belə bir qərarın İsrail tərəfindən necə icra ediləcəyi hələ aydın deyil.

Forum

XS
SM
MD
LG