Accessibility links

AŞPA komitəsi: Azərbaycanda sistemli siyasi məhbus problemi var


Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Hüquqi Məsələlər və İnsan Haqları Komitəsi hesab edir ki, Azərbaycanda "sistemli" siyasi məhbus problemi var və hakimiyyəti qeydiyyata alınmış hallara yenidən baxmağa çağırır.

Bu barədə Komitənin Avropa Şurasının saytında yerləşdirilmiş məlumatında deyilir.

AŞPA Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin gəldiyi nəticələr əsasında və AŞPA-nın təqdimatına əsasən bir sıra şəxslərin "siyasi məhbus" olduğunu müəyyən edib.

Komitə AŞPA-nın məhkəmə sistemindən siyasi motivlərlə istifadə kimi "narahatedici nümunə"lərin olduğu haqqında rəyi ilə razıdır. Bununla əlaqədar "Azərbaycan Avropa İnsan Haqları Konvensiyası öhdəliklərini yerinə yetirməsi üçün fundamental islahatlar aparmalıdır".

Komitə "Azərbaycan hakimiyyətinin son illər penitensiar, məhkəmə, ədliyyə sistemlərində islahatlar yönündə atdığı addımları alqışlayır", ancaq "indiyədək görülən tədbirlərin Avropa İnsan Hüquqları Məhkəməsinin spesifik tələblərini yerinə yetirməkdən ötrü kifayət edəcəyinə inanmır".

Komitə hesab edir ki, məhkəmənin qərarları aşağıda adı çəkilən şəxslərin siyasi məhbus olduğu haqqında geniş və müntəzəm olaraq yenilənən siyahıların doğru olduğunu təsdiq edir.

Komitə israrla hakimiyyəti qeyd edilən problemlərin mövcudluğunu etiraf etməyə və Avropa Məhkəməsinin qərarlarının tam və səmərəli şəkildə yerinə yetirilməsi üçün tədbirlər görməyə çağırır.

Komitə həmçinin Azərbaycan parlamentini assambleyanın qətnaməsinin yerinə yetirilməsi üçün siyasi məhbuslar üzrə məruzəçi ilə əməkdaşlıq etməyə, Azərbaycan hökumətini isə Avropa Şurası Nazirlər Komitəsi ilə tam həcmdə əməkdaşlıq etməyə çağırıb.

Komitə İlqar Məmmədovun, Anar Məmmədlinin və Rəsul Cəfərovun işlərinə xüsusi diqqət yetirib, məlumatda bildirilir.

Öz növbəsində rəsmi Bakı bir qayda olaraq tənqidləri qəbul etmir və qərəzli sayır. Ölkə rəsmiləri insanların fundamental hüquqlarının tam təmin edildiyini, fərqli siyasi iradəsinə görə təqib edilmədiyini və siyasi məhbusların olmadığını bəyan edir.

Bununla yanaşı, yerli hüquq müdafiə təşkilatları yüz iyirmidən çox şəxsi siyasi məhbus kimi tanıyıb. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib.

AŞPA-da Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG