Accessibility links

İntiharçı hücumları davam etməkdədir


İraqın şimal bölgəsindəki hərbi qüvvələrin çağırış məntəqəsinin yaxınlığında intriharçı bir qadının bomba partlatması nəticəsində azı 6 nəfər həlak olub, 30-dən çox adam isə yaralanıb. Rəsmilər bildirdiyinə görə əməliyyat Suriya sərhəddi yaxınlığındakı Tall Afar şəhərində baş verib. Bu hadisə Tall Afar bölgəsində Amerika və İraq hərbi qüvvələrinin yaraqlılara qarşı apardıqları əməliyyatlardan və Amerika rəsmilərinin İraqdakı Əl-Qaida terror şəbəkəsinin axtarışda olan yaraqlısı Əbü Əzzəmin qətlə yetirildiyini bildirməsindən bir gün sonraya təsaüf edir. Hərbi qərargahlar rəisi general Riçard Mayers Əl-Qaida terror şəbəkəsinin digər bir liderinin ələ keçiriləcəyi barədə xəbərdarlıq edib. Əl-Qaida terror şəbəkəsinin internet səhifəsində Əbü Əzzəmin qətlə yetirildiyi və onun İraqdakı Əl-Qaida şəbəkəsinin ikinci təşkilatıçısı olduğu təkzib edilib.
XS
SM
MD
LG