Accessibility links

İsrail Qəzza zolağına yenidən hücum edib


Bu gün İsrail Fələstin militantlarına qarşı hücumlarını gücləndirərək, Qəzza zolağında yaraqlıların yerləşdiyi bölgələri yenidən bombardman edib. Xəbərlərdə Beyt Hanun şəhərində bir fələstinlinin öldürüldüyü bildirilir. Həmin şəxsin Əl-Əqsa şəhidlər briqasının üzvü olduğu müəyyən edilib. Qeyd edək ki, İsrailin son hücumları 5 israillinin ölümü ilə nəticələnən kamikadze hücumundan sonra həyata keçirilir. Hücumun məsuliyyətini İssam Cihadı qrupu üzərinə alıb. Qrup kamikadze hücumunun İsrail tərəfindən qətlə yetirilən üzvlərinin intiqamı olduğunu bildirib.
XS
SM
MD
LG