Accessibility links

Prezident Buş: Həmas platformasını dəyişməlidir


ABŞ prezidenti Fələstin seçkiləri ilə bağlı sualı cavablandıraraq bildirib ki, islamçı qrup Həmas sülh partnyoluğuna qoşulmaq istəyirsə, İsrailin məhvinə çağıran platformasını dəyişməlidir. O bildirib ki, Həmasın silahlı qanadı qaldığı halda, onun sülh prosesinin iştirakçısı ola biləcəyinə inanmır. Prezident Buş Fələstin seçkilərinin Fələstin rəhbərliyində islahatlara ehtiyac olduğunu, lakin prezident Mahmud Abbasın hakimiyyətə qalacağına ümid bəslədiyini demişdir.

Mətbuat konfransı zamanı ABŞ prezidenti bir daha daxili kəşfiyyat siyasətini müdafiə edib. Cənab Buş bunun qanuni və zərurui olduğunu bildirib. Prezident Buş deyib ki, kəşfiyyat agentlikləri gələcək terror hücumlarının qarşısının alınması məqsədi ilə kommunikasiyaya nəzarət etməlidir. ABŞ prezidenti izləmə proqramının amerikalıların məhz mülki azadlıqlarına xidmət etdiyini deyib.

XS
SM
MD
LG