Accessibility links

İraqda zorakılıqlar artmaqda davam edir


İraq polisi komuflyaj geyimdə silahlı şəxslərin Bağdadda şəxsi təhlükəsizlik şirkətinə hücum edərək, şirkətin 50 nəfərə yaxın işçisini girov götürdüyünü bildirib. Bu gün həmçinin Bağdadda yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində daxili işlər nazirliyinin təhlükəsizlik işçiləri də daxil olmaqla, azı dörd nəfərin qətlə yetirildiyi bildirilir.

Təhlükəsizlik qüvvələrinin paytaxtın sünnilərin yaşadığı Əmiriyyə məhəlləsində azı 20 cəsəd tapdığı xəbər verilir. İraq rəsmiləri şəxslərin ikisinin güllə ilə vurlub öldürüldüyünü, qalanlarının isə əlləri bağlı boğularaq öldüyünü bildiriblər.

Birləşmiş Ştatların hərbiçiəri isə şimaldakı Tel Aftar yaşayış məntəqəsi yaxınlığında yol kənarında yerləşdirilmiş bombanın partlayışı nəticəsində bir Amerika əsgərinin öldüyünü xəbər verirlər. ABŞ hərbiçiləri habelə 120 nəfərdən çox məhbusun azad edildiyini bildirib.

Bu arada, ABŞ-ın İraqdakı səfiri Zalmay Xəlilzad deyib ki, təriqətlərarası toqquşmalar vətəndaş müharibəsinə gətirib çıxara bilər. Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeld dünən bildirb ki, o, İraqın hal-hazırda vətəndaş müharibəsinə sürükləndiyinə inanmır, lakin bununla belə, o, etiraf edib ki, belə bir potensial təhlükə daim mövcuddur.

XS
SM
MD
LG