Accessibility links

ABŞ Konqresində mühacirət məsələsi müzakirə edilir


ABŞ Senatının Ədliyyə komitəsində bu gün qeyri-qanuni mühacirət məsələsinin müzakirəsi dərin fikir ayrılıqları ilə aparılır. Eyni zamanda Kapitoliya binası qarşısında etiraz aksiyası keçirilir. Komitə senatorlar- respublikaçı Con Makkeyn və demokrat Edvard Kennedinin təklif etdiyi qanun layihəsini müzakirə edir. Bu layihəyə əsasən 11 milyon sənədsiz mühacir Amerikada ya qanuni yaşayış statusu, ya da vətəndaşlıq əldə edə bilər. Ədliyyə komitəsinin sədri Arlen Spektr müvəqqəti iş vizaları təklif edən qanun layiəsini açıqlamalıdır. Dekabr ayında Nümayəndələr Palatası tərəfindən təsdiq edilən qanun Amerika-Meksika sərhədləri boyunca sədd çəkilməsi, beləliklə, Amerikaya qeyri-qanuni mühacirət axınına mane olunması kimi şərtlər irəli sürür.
XS
SM
MD
LG