Accessibility links

Nepalda müxalifət kralın dialoq təklifini rədd edib


Nepalda 4 damın ölümü ilə nəticələnən bir həftəlik demokratrik nümayişlərdən sonra siyasi müxalifət kralın dialoq çağırışlarını rədd edib. Müxalifət partiyasının üzvləri bildirirlər ki, kral Gyanendra danışıqlardan qabaq nümayişçilər əleyhinə zorakılıqları dayandırmalı və demokratik azadlığı bərpa etməlidir.

Müxalifətin fəalı Racan Bhattarai deyib: ” Liderlərin çoxu həbsdədir, minlərlə adam tutulub və işkəncələrə məruz qalır. Belə bir vəziyyətdə dialoq çağırışının mənası yoxdur. Kral ölkədə 7 gün davam edən və hökumətə qarşı etiraz mahiyyəti daşıyan nümayişlərdən sonra, dialoq təklifi irəli sürüb". Təhlükəsizlik qüvvələri isə nümayişçilərə qarşı gözyaşardıçı qaz və dəyənəklərdən istifadə edib.

Birləşmiş Ştatların Nepaldakı səfirliyi ölkədə artan zorakılığı nəzərə alaraq işləri zəruri olmayan işçilərinə ölkəni tərk etmək sərəncamı verib.

Nepalda siyasi böhran 2005-ci ildə kral hakimiyyəti öz əlinə aldıqdan sonra başlanıb. O, bildirmişdi ki, siyasi partiyaların ölkədə kommunistlərin on ildən bəri davam edən üsyanını məğlub etməkdə müvəffəqiyyətsizliyə uğramalarına görə bu addımı atmalı olmuşdur. O, gələn il parlament seçkilmərinin keçirəcəyinə vəd versə də seçkilərin dəqiq tarixini müəyyənləşdirməyib.

XS
SM
MD
LG