ABŞ prezidenti Corc Buş Hezbullahın zorakılıqlarını qınayaraq, İsrailin özünümüdafiə hüququna malik olduğunu bildirib. Prezident deyib ki, bu son zorakılıq raundu sülhün bərqərar edilməsinin əleyhinə olan terrorçuların əməlidir. Corc Buş İranın nüvə proqramının səbəb olduğu qarşıdurmasının diplomatik yolla həllinin sual doğurmadığını deyib. Almaniya kansleri Angela Merkellə görüşündən sonra ABŞ prezidenti həvəsləndirici təkliflər paketinə hələ cavab verməyən İranla bağlı vahid mövqedən çıxış edilməsinin vacibliyini vurğulayıb. Şimali Koreya ilə bağlı Corc Buş deyib ki, Pxenyanın nüvə proqramının dayandırılması məqsədi ilə Amerika Birləşmiş Ştatları altı-tərəfli danışıqlar öhdəlicilinə sadiqdir.