Accessibility links

Kofi Annan Qəzza zolağında atəşkəsə çağırıb


BMT-nin Baş Katibi Kofi Annan İsraili Qəzza zolağı ilə İordan çayının qərb sahili arasındakı dəhlizi açmağa çağırıb. O, bu bəyanatı Ramallah şəhərində Fələstin prezidenti Mahmud Abbas ilə görüşdükdən sonra verib.

Cənab annan həmçinin Qəzzə zolağından qan tökülmənin dayandırılmasına çağırıb. İyun ayından başlayaraq İsrail Qəzza zolağında Fələstin yaraqlılarının mövqelərini bombardman edir.

Əməliyyatda çoxu mülki vətəndsaş olmaqla azı 200 nəfər həlak olub. Qəzza şəhərində şahidlər və tibbi işçiləri bildirirlər ki, İsrailin bu günkü hücumu nəticəsində öldürülən azı 7 nəfərin də çoxu mülki vətəndaşlardır.

XS
SM
MD
LG