Accessibility links

Taliban yaraqlıları NATO qüvvələrini pusquya salmağa cəhd ediblər


(file photo)" hspace=2 src="/azerbaijani/images/ap_Afghanistan_NATO_soldier_tank_210.jpg" width=210 align=left vspace=2 border=0>NATO qoşunlarının bildirdiyinə görə, Əfqanıstanın cənubunda baş verən toqquşma nəticəsində 70-dən çox Taliban yaraqlısı qətlə yetirilib. Bu toqquşma Əfqanıstan hökuməti ilə yerli qəbilə liderləri arasında atəşkəs barədə razılıq imzalanan yerin yaxınlığında, Taliban yaraqlılarının əsasən məskunlaşdığı ərazidə baş verib.
Atəşkəs haqda razılığın Musa Qala və Helmənd vilayətini əhatə etməsi nəzərdə tutulur. NATO rəsmiləri isə bildiriblər ki, atəşkəs barədə razılıq əldə edilən ərazilərin yaxınlığında yayaraqlıar öz fəaliyyətlərini artırmışlar.

NATO sözçüsü, mayor Luka Knittiq yaraqlılardan ibarət böyük bir qrupun dünən NATO-nun patrul dəstəsini pusquya salmağa cəhd etdiklərini deyir. Əməliyyata havadan vertolyotlar və qırıcı təyyarələr yardım edib. NATO qüvvələrinin itki vermədiyi bildirilir.

NATO rəsmiləri bildirirlər ki, ekstemistlər atəşkəsin əhatə etdiyi bölgədə əməliyyatlarını davam etdirsələr də atəşkəsin şərtləri pozulmayıb. Bazar günü baş verən toqquşma isə həmin ərazinin kənarında olmuşdur.
NATO rəsmiləri yerli sakinlərin yaraqlıları dəstəkləməyəcəklərinə ümid etdiklərini deyirlər.

XS
SM
MD
LG