Accessibility links

ABŞ senatoru İraqa əlavə qoşun göndərilməsini istəyir


ABŞ senatoru Con Makkeyn deyir ki, Birləşmiş Ştatlar İraqa 15-30 minlik əlavə qoşun göndərməlidir. ABŞ Konqresinin 5 üzvü ilə birgə Bağdadda müxbirlərlə danışan senator orada Amerika və İraq rəsmilərilə görüşüb. Senator Makkeyn deyib ki, İraqa əlavə qoşun göndərməklə ölkədəki təriqətlərarası zorakılıqları nəzarət altına almaq olar. O, Bağdadda bildirib ki, bu addım İraqın demokratik hökumətində təmsil olunan mötədillərə lazımi sabitlik bəxş edər ki, onlar ölkəni düzgün istiqamətə yönəldə bilsinlər. Makkeyn bildirib ki, o, ABŞ Araşdırma Qrupunun Iraqda vəziyyətin ağır olması haqda qənaətini bölüşüb. Həmin hesabatı Demokrat və Respublikaçılardan ibarət qrup hazırlamışdı.

Bu arada İraq müharibəsinin aparıcı memarı, ABŞ müdafiə naziri Donald Ramsfeld Pentaqonda vida mərasimi keçirib. Ramsfeldin müdafiə naziri qismində altı illik fəlaiyyəti ötən həftə sonu başa çatdı. O, öz istefasını keçən ay, Demokratların qalib gəldiyi Konqres seçkilərindən bir gün sonra elan etdi. Onun istefası həm də icmaiyyətin İraq müharibəsindən narazılığının göstəricisi kimi qiymətləndirilir. Özünün vida çıxışında Ramsfeld müharibəni yenidən dəstəklədi. O, dedi ki, dünyada mövcud olan ekstremist hərəkat Amerikanı döyüşə qatılmağa vadar edib. Nazir əlavə etdi ki, gərək Amerikanın düşmənləri xalqın müharibəni xoşlamamasını Amerikalıarın öz həyat üslübularını müdafiə etməməsi ilə çaşdırmasın.

Prezident Buş Mərkəzi Kəşfiyyat Agenltiyinin sabiq rəhbəri Robert Geytsi Ramsfeldin vəzifəsinə təyin edib. Getys öz vəzifəsinin icrasına bu həftənin əvvəli başlayıb.

XS
SM
MD
LG