Accessibility links

Abbas Lisani Ərdəbil məhbəsində aclığa başlayıb


Kanadalı insan hüquq müdafiəçisi Faxtə Zamaninin servisimizə verdiyi məlumata görə, İranda həbsdə olan azərbaycanlıların mədəni hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisani yanvarın 1-dən etibarən aclıq aksiyasına başlayıb.

Xanım Zamaninin sözlərinə görə, Abbas Lisaninin ailəsi daimi təzyiq altında yaşayır. Abbas Lisani bu dəfəki həbsi zamanı cismi işgəncələrə məruz qalmasa da, daim mənəvi təzqyiq altındadır. Onun həyat yoldaşı Ruqəyya Lisani əri barədə xəbərləri hüquq müdafiəçilərinə ötürdüyü üçün daim həbs təhdidləri ilə üzləşir.

Iki həftə bundan öncə həbs olunan Əli Xodabəxşinin taleyi barədə heç bir məlumat yoxdur. Xatırladaq ki, Elyaz Yekanlı ədəbi təxəllüsü altında yazılar yazan Xodabəxşi həbsindən sonra yalnız bircə dəfə evə zəng vuraraq Ettelaatın Urmiyə bölməsində saxlandığını xəbər verə bilib. Nə ailəsinin, nə də dostlarının onunla görüşmək və səhhətinin hansı durumda olnması barədə məlumat almaq imkanı olmayıb.

Xatırladaq ki, Amnesty İnternational may hadisələrindən sonrakı həbsi zamanı Elyaz Yekanlıya işgəncə verilməsi barədə bəyanat vermişdi. Həbsdə ikən onun ayağı sındırılmış, özü isə elektrik şokuna məruz qalmışdı.

Faxtə Zamaninin sözlərinə görə, azərbaycanlı fəalların həbsləri səngimək bilmir. Hər gün fəal azərbaycanlıların məhkəmələrə çağırılaraq təhdid edildiyi barədə məlumatlar alınır.

XS
SM
MD
LG