Venesuela prezidenti Hüqo Çavez Kuba lideri Fidel Kastronun ölümlə mübarizədə olduğunu bildirib. Rio De Janeyroda çıxış edən prezident Kastronun xəstəliyi ilə mübarizəsini onun 1959-cu ildə Kuba hökumətinin devrilməsinə yol açan partizan mübarizəsi ilə müqayisə edib. Braziliyada təşkil edilən Cənubi Amerika sammitinin iştirakçısı olan Çavez Fidel Kastronun nə zaman vəfat edəcəyini bildmədiyi, lakin onun daha 80 il yaşayacağına ümid etdiyini deyib. Fidel Kastronun həkimi Kuba liderinin vəziyyətinin yaşına görə ağır olduğunu bildirib. Qeyd edək ki, Kastronun səhhəti Kubada dövlət sirri kimi saxlanır.