Accessibility links

Söhrab Sobhani: ABŞ-ın siyasəti İranda demokratiyanın təbliğidir


Xəzər Enerji Araşdırmaları Məsləhət Şirkətinin Prezidenti Söhrab Sobhani Amerikanın səsinə verdiyi müsahibədə deyib ki, Birləşmiş Ştatların xarici siyasəti, prezident Buş, dövlət katibi Kondoliza Rays, yaxud vitse-prezident Çeyni tərəfindən ifadə edilən siyasəti - İranda demokratiyanın təbliğidir.

Onun dediyinə görə ABŞ hökuməti inanır ki, İranda nəzərə alınmalı iki məsələ var - birincisi, İran hökumətidir ki, ABŞ hökumətinin ondan xoşu gəlmir, digəri İran xalqıdır və Birləşmiş Ştatlar onu dəstəkləyir. ABŞ hökuməti və Konqresi İran xalqının demokratiya və insan hüquqlarının təmin olunmasına layiq olduğu fikrində həmrəydirlər. Onlar inanırlar ki, İranda demokratiya üçün böyük potensial var.

Söhrab Sobhani deyir ki, ABŞ hökuməti və Konqresi inanırlar ki, İran hökuməti onların etimadına layiq deyil, çünki İran hökuməti yalan danışır, İran hökuməti İraqın daxili işlərinə müdaxilə edir, İraqın kürd regionlarında təxribat törədir, Səudiyə Ərəbistanında, ərəb ölkələrində, Azərbaycanda təxribkar siyasət yürüdür. O söyləyir ki, bu hökumət regiona mənfi surətdə təsir edir. Buna görə də ABŞ hökuməti İran rəhbərliyi ilə dialoqa etimad etmir və inanmır. Cənab Sobhani deyir ki, ABŞ İran xalqı ilə dialoqa inanır.

XS
SM
MD
LG