Accessibility links

BMT Əfqanıstanda amnistiya qərarından narazıdır


Birləşmiş Millətlər Təşkilatı Əfqanıstan qanunvericilərinin insan hüquqlarını pozmuş adamlara amnistiya verməsi haqda narahatçılığını izhar edib.

Bu gün açıqlanan bəyanatda BMT -nin insan hüquqları üzrə ali komissarı Luiz Arbur bildirib ki, ciddi insan hüquqları pozuntularına yol vermiş şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Qurbanların səsləri eşidilmlir və Əfqanıstanda cəzasızlıq mühitinə son qoyulmalıdır, deyə o, bildirib.

Xanım Arburun dediyinə görə təcrübə göstərir ki, milli barışıq beynəlxalq insan hüquqlarına hörmətdən keçir. Qeyd edək ki, dünən Əfqanıstan parlamentinin aşağı palatası son 25 il ərzində insan hüquqlarını tapdalamış siyasi və hərbi dəstələrin üzvlərinə amnistiya haqda qanun qəbul edib.

XS
SM
MD
LG