Qırğızıstan müxalifətinin fəalları erkən prezident seçkilərinin keçirilməsi və konstitusiyada islahatların aparılması tələbilə paytaxt Bişkekdə etiraz nümayiş iştirak edirlər. İki il öncə buna bənzər etiraz nümayişlərinin zorakılıqlara gətirib çıxarması prezident Əsgər Akayevin hakimiyyətdən getməsilə nəticələnmişdi. Polis və Daxili İşlər nazirliyinin qüvvələri Qırğızıstanın müxtəlif bölgələrindən gəlmiş minlərlə adamın iştirak etdiyi nümayişin keçirildiyi Bişkekdə keşik çəkir. Nümayişçilər erkən prezident seçkilərin keçirilməsini, prezident Kurmanbek Bakiyevi korrupsiyada ittiham edərək, koalisiya hökumətinin təşkili və konstitusiya islahatlarının həyata keçirilməsini tələb edirlər. Son həftələr nümayişlərin qarşısını almq məqsədilə prezident Bakiyev mötədil müxalifət liderini baş nazir təyin etmək daxil olmaqla, bir sıra güzəştlərə gedib. O habelə müxalifəti idarəsində iştirak etməyə çağırıb.
Prezident Bakiyev islahatların ləngidiyini etiraf edib və deyib ki, yeni konstitusiya 2008-ci ilin əvvəllərində hazır olacaq.
Lakin Qırğızstanın ən böyük iki partiyası olan İslahatçılar və Qırğızstan Birliyi etiraz nümayişlərinin nə ilə nəticələnəcəyini gözləyib bundan sonra qərar vercəklərini bildirirlər.
Prezident Bakiyev müxalifəti dövlət çevrilişi etmək cəhtində ittiham edir. Etiraz nümayişlərindən öncə xalqa müraciət edən prezident Bakiyev insanları sakitliyə çağırıb. Etirazçılarsa bildirirlər ki, prezident Bakiyev istefa verməyənədək küçəllrdən çəkilməyəcəklər.