Accessibility links

Əfqanıstanda 5 mülki kontraktor azad edilib


NATO Əfqanıstanın cənub bölgəsində Taleban yaraqlıları ilə döyüşlər zamanı bir əsgərinin həlak olduğunu bildirib. Əfqanıstanda ABŞ-ın başçılıq etdiyi koalisya qüvvələri və əfqan qoşunları 5 mülki kontraktoru Taleban döyüşçülərindən azad ediblər. Ordunun bəaynatında deyilir ki, xüsusi təyinatlı və polis qüvvələri tərəfindən kontraktorlar dünən azad edilib. Koalisiya qüvvələri tərəfinfən 3 Taleban yaraqlısının qətlə yetirildiyi bildirlir. Həmin şəxslər təcili şəkildə yerə enməli olan vertolyotu atəşə tutduqdan sonra öldürülüblər. Bəyanatda azad edilən kontraktorların milliyəti və hansı şirkətə çalışdıqları haqda məlumat verilmir.

XS
SM
MD
LG