Accessibility links

İraqda 72 terror şübhəlisi həbs edilib


Bu gün ABŞ artilleriyası İraq paytaxtının cənub bölgələrindəki hədəfləri artilleriya atışinə tutub. ABŞ sözçüsü hədəflərin kim olduğunu açıqlamayıb.

Fransız xəbər agentliyi İraq generallarına istinadən söhbətin birgə təhlükəsizlik əməliyyatından getdiyini bildirib.

Bu arada ABŞ hərbçiləri koalisiya qüvvələrinin gecə reydləri zamanı 72 terror şübhəlisini həbs etdiyini və bomba düzəltmək üçün avadanlıq aşkar etdiyini bildirib. Verilən məlumata görə, reydlər Bağdaddan qərbdə əl Ənbar vilayətində və şimalda Səlahuddin əyalətində yer alıb.

Həmçinin Samarrada 36 şübhəlinin həbs edildiyi və nitrat turşusu da daxil olmaqla, bomba düzəltmək üçün materialların aşkarlandığı bildirilir.

XS
SM
MD
LG