Accessibility links

Taliban yaraqlıları genişmiqyaslı hücuma keçəcəkləri ilə hədələyirlər


Taliban yaraqlıları xarici hərbi qüvvələrə qarşı genişmiqyaslı hücuma keçəcəklərini bildiriblər. Taliban sözçüsü Zabihullah Müjahed bu gün mülki vətəndaşları təhlükəsizliklərinin qorunması məqsədi ilə hərbiçilərdən və onların bazalarından uzaq olmağa çağırıb.

Bu gün eləcə də, Əfqanıstandakı NATO hərbi qüvvələri bir NATO əsgərinin və tərcüməçinin ölkənin cənubunda yaraqlılar tərəfindən qətlə yetirildiyini bildirib. Bəyanatda yeddi NATO əsgərinin yaralandığı da bildirilir.

Əfqanıstanın müdafiə nazirliyinin xəbərində isə bildirilir ki, NATO və Əfqan hərbiçiləri cümə axşamından ölkənin 3 bölgəsində, Qazni, Qəndəhar və Helmənd bölgələrində əməliyyatlar aparırlar. Müdafiə nazirliyinin rəsmisi general Məhəmməd Zahir Əzimi cümə günü Helmənd çayı ərazisində 60 nəfərə yaxın Taliban yaraqlısının hücuma keçdiyini bildirib.

XS
SM
MD
LG