Accessibility links

Kosovodakı kütləvi məzarlıqla bağlı araşdırma başlanıb


Hüquq ekspertləri 1990-cı ildə Kosovo münaqişəsinin qurbanı olmuş 500-ə qədər etnik albanın kütəvi qəbri olduğu ehtimal edilən məzarlıqla bağlı araşdırmaya başlayıblar.
Serbiya rəsmiləri bu gün Kosovo inzibati sərhəddi yaxınlığındakı Raska qəsəbəsində köhnə məzarlıqda qazıntıların başladığını deyib.

Prokurorluq cəsədlərin BMT 1999-cu ilin iyulunda Kosovoda inzibati idarəetməni təhvil almazdan bir qədər öncə yük maşınları ilə həmin yerə gətirildiyini və dərəyə boşaldıldığını deyib.

BMT-nin müharibə cinayətləri üzrə baş prokuroru Karla del Ponte Belqradı müharibə cinayətkarlarını həbs etmək üçün daha çox iş görməyə çağırıb.

XS
SM
MD
LG