Accessibility links

İran nüvə müfəttişlərini ağır su reaktoruna buraxacaq


BMT nüvə agentliyi bildirir ki rəsmi Tehran özünün nüvə proqramı ilə bağlı sualların aradan götürülməsi üçün əldə olunan razılaşma çərçivəsində beynəlxalq müfəttişləri ağır su reaktoruna buraxmağa razı olub.

Beynəlxalq Atom enerjisi Agentliyi bu gün bildirib ki, İran özünün Ərakdakı reaktoruna BMT müfəttişlərini bu ayın sonuna kimi buraxmağa razılıq verib.

BMT agentliyi həmçinin İranın keçmiş pluton eksperimentləri ilə bağlı məsələnin necə həll olunması barədə razılıq əldə edildiyini deyib. Razılaşma Tehranda iki gün keçən danışıqlar nəticəsində əldə edilib.

XS
SM
MD
LG