Accessibility links

Fransanın xarici işlər naziri İraqdan üzr istəyəcək


Fransanın xarici işlər naziri Bernard Kuçner İraqın baş nazirindən üzv istəyəcəyini bildirib. Nazır keçən həftə İraqa səfəri zamanı o ölkənin daxili məsələlərinə hədsiz dərəcədə müdaxilə etdiyini deyib. İraqa səfərindən sonra Newsweek məcmuəsi nazirə istinadən yazmışdı ki, İraq hökuməti heç bir funksiya daşımır. Bundan əlavə yazılmışdı ki, Fransanın xarici işlər naziri Bernard Kuçner ABŞ dövlət katibi Kondoliza Raysa baş nazir Malikinin vəzifəsindən kənar edilməsinə İraqda böyük istək mövcud olduğunu bildirmiş və onun mütləq əvəz edilməli olduğunu demişdir. Xatırladaq ki, Nuri Əl-Maliki bazar günü Fransanın üzr istəməsini tələb edərək demişd ki, Fransa onun hökumətinə ehtiram nümayiş etdirməlidir. Fransanın xarici işlər naziri Bernard Kuçnerin keçən həftə İraqa üç günlük səfərinin məqsədi Fransanı İraqla bağlı debatlara qaytarmaq və prezident Jak Şikarın 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsinə etiraz etməsi ilə gərginləşən əlaqələri normallaşdırmaqdır.

XS
SM
MD
LG