Rusiya və indoneziyanın hərbi və iqtisadi əməkdaşlığının genişləndirilməsinin Amerika Birləşmiş Ştatlarının qlobal məsələlərə artmaqda olan təsir gücünə qarşı yönəldiyi deyilir. Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin keçiriləcəyi Sidneyə gedərkən yolüstü Çakartada dayanan Rusiya prezidenti Vlaidmir Putin İndoneziyaya vertolyot, tank və sualtı qayıqların əldə etməsinə dair bir milyard ABŞ dolları məbləğində o ölkə ilə müdafiə sazişi imzalayıb. Rusiyanın İndoneziya hökumətinə verdiyi bu borcu İndoneziya gələn 15 il ərzində geri ödəməlidir. Bu vəsaitə İndoneziya 15 vertolyot, 20 tank və 2 sualtı qayıq alacaq. Vaşinqtonun 1999-cu ildə insan hüquqlarının vəziyyətinə görə İndoneziya ilə hərbi əlaqələrini kəsməsindən sonra bu ölkə digər silah mənbəyi axtarırdı.