Accessibility links

İranla bağlı təklifə dair narahatlıqlar bildirilir


Rusiya və Çin İrana qarşı qüvvələrdən istifadə ehtimalına dair narahatlığını bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın xarici işlər naziri Bernard Kuçnerlə görüşündən sonra deyib ki, hərbi əməliyyatlar təklifi ciddi şəkildə nəzərdən keçirilməlidr. Çinin xarici işlər nazirliyinin sözçüsü isə Çinin beynəlxalq məsələlərdə hərbi qüvvələrdən istifadə edilməsinin əleyhinə olduğunu bildirib. Xatırladaq ki, İran Fransanı Amerikanın izi ilə getməkdə günahlandırıb. İranın dövlət orqanı İRNA xəbər agentliyinin redaktor məqaləsində Fransa prezidenti Nokola Sarkozinin Amerikanın donuna girdiyi və İrana münasibətində ABŞ-ın taktikasına əl atdığı yazılıb. Dünən Beynəlxalq Atom Enerjisi Agentnliyinin direktoru Məhəmməd Əl-Bəradeyi İrana qarşı hücumla bağlı danıqşılar təklifini tənqid edərək, bunun bütün variantlar tükəndiyi təqdirdə mümkünlüyünü qeyd edib. O deyib ki, beynəxlaq ictimaiyyət hələ o nöqtəyə gəlib çatmayıb ki, hücum variantını nəzərdən keçirsin. Beynəlxalq Atom Enerjisi Agentnliyinin direktoru Məhəmməd Əl-Bəradeyi Fransanın xarici işlər nazirinin sözlərinə cavab olaraq bu bəyantla çıxış edib.

XS
SM
MD
LG