Accessibility links

Tolyatti şəhərində sərnişin avtobusu partladılıb


Rusiyanın mərkəz bölgəsindəki Tolyatti şəhərində sərnişin avtobusunun partlaması nəticəsində ən azı 8 nəfər ölüb, 56 insan yaralanıb. Rus rəsmilərı partlayışın terror aktı olmasını istisna etmirlər. Hadisə şəhərin mərkəzində, insanların işə getdiyi zaman baş verib. Xəsarət alanların çoxu kollec tələbələridir. Səlahiyyətli nümayəndələr bombanın sərnişinlərdən birində olmasını və ya avtobusa yerləşdirilməsini aydınlaşdırmağa çalışırlar. Ölkə prezidenti Vladimir Putin Moskvadan yüksək rütbəli təhqiqatçını hadisə yerinə göndərib.

Qeyd edək ki, Tolyatti Rusiyanın Avto-VAZ avtobili istehsal edən ən böyük şəhəridir. Şəhər tez-tez gəlirli avtomobil sənayesinin hissələrini əlinə keçirmək üçün kriminal dəstələrin mübarizəsinə səhnə olur.

XS
SM
MD
LG